İsrail İranın yeni ali liderinə BU TƏLƏBLƏ müraciət etdi
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsrailin xarici işlər naziri İranın yeni ali liderinə qarşı irəli sürdüyü tələbi ilə diqqət çəkib.
BAKU.WS "lenta.ru"ya istinadən xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar İranın yeni Ali lideri Müctəba Xameneidən üzünü göstərməsini tələb edib.
O, bu açıqlamanı estoniyalı həmkarı Marqus Tsahkna ilə birgə keçirdiyi mətbuat konfransında verib.
Bu barədə İsrail Xarici İşlər Nazirliyi də məlumat yayıb.
"16 mart axşamı İsrail Müdafiə Qüvvələrinin zərbələri nəticəsində İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricani və "Bəsic"in rəhbəri öldürülüb. Onlarsız iranlılar artıq təhlükəsizlikdədir" - deyə Gideon Saar bildirib.
"Yeri gəlmişkən, biz hələ də Müctəba Xameneini görməmişik. Onu görmək istəməzdinizmi, nazir?" - deyə, Saar estoniyalı həmkarından soruşub.
O, İranın ali liderinin gizlənməyə davam edə biləcəyini, amma üzünü göstərməli olduğunu, söyləyib.
Xatırladaq ki, İsrailin 12-ci kanalı etibarlı mənbələrə istinadən Laricaninin İsrail hücumundan sağ çıxa bilməyəcəyini bildirib.
İsrailin müdafiə naziri İsrael Katz da məlumatı təsdiqləyib.
Kanal qeyd edib ki, Laricaninin İslam Respublikasının ən güclü siyasi fiquru hesab olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 17 Mart 2026 20:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















