Icma.az
close
up
RU
“İsrail olmasaydı, Amerika onu yaradardı” Amerikanın Yaxın Şərqdə batmayan gəmisi (TƏHLİL)

“İsrail olmasaydı, Amerika onu yaradardı” Amerikanın Yaxın Şərqdə batmayan gəmisi (TƏHLİL)

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

Amerikada 13 mindən çox müxtəlif təyinatlı lobbi təşkilatları var. Bu təşkilatlarda hər il 3.3 milyard dollar dövr edir. Amerikadakı yəhudi lobbisinin fəaliyyəti isə xüsusi diqqət layiqdir.
ABŞ-dakı İsrail lobbisi, ona bəzən yəhudi lobbisi də deyirlər, İsrailin maraqlarına daha yaxşı xidmət etmək üçün ABŞ federal hökumətinə təsir etmək istəyən şəxslərdən və qruplardan ibarətdir. Amerikanın ən böyük İsrailyönlü lobbi qrupu yeddi milyondan çox üzvü olan “Christians United for Israel” (İsrail üçün Xristian Birliyi) təşkilatıdır.
“American Israel Public Affairs Committee (AİPAC)” Amerika İsrail İctimai Əlaqələr Komitəsi isə yəhudi lobbisi daxilində dominant mövqeyə sahibdir.
İsrail lobbisi ABŞ-da İsrailin maraqlarına düşmən kəsilən iki böyük siyasi partiyanın (Respublikaçılar və Demokratlar Partiya) üzvlərinə qarşı təşkil olunmuş kampaniyaları maliyyələşdirir. Yəni kim İsrailə qarşı çıxdısa, müstəqil Amerika mediası maliyyə qarşılığında ona qarşı hərəkətə keçir.
Qeyd edək ki, İsrail dövlətini yaranmasında ABŞ xüsusi rol oynayıb. Təsadüfi deyil ki, ABŞ hamıdan əvvəl 1948-ci ilin mayın 14-də İsraili müstəqil dövlət kimi tanıyıb. Özü də necə? Harri S. Trumen- Amerika Birləşmiş Ştatlarının 33-cü prezidenti (1945–1953) İsrail dövləti rəsmən elan olunandan 11 dəqiqə sonra İsrailin tanınması üçün sənədə imza atdı. Trumen yazırdı ki, o, II Dünya Müharibəsindən sonra “Avropa yəhudilərinin qalıqlarına” təhlükəsiz sığınacaq tapmaqda kömək etmək məcburiyyətində qalmışdı.
İsrailin Yaxın Şərqdə fiziki mövcudluğunun təminatçısı da Amerikadır. İsrail ABŞ-dan ən çox xarici yardım alan ölkədir: 2022-ci ilin fevralına qədər ABŞ İsrailə 150 milyard dollar yardım göstərib. Bütövlükdə isə İsrail Amerikadan 310 milyard dollar yardım alıb. Birləşmiş Ştatların ilk azad ticarət sazişi 1985-ci ildə İsraillə bağlanıb. 1999-cu ildə ABŞ hökuməti on il müddətində İsrailə hər il ən azı 2,7 milyard ABŞ dolları hərbi yardım göstərmək öhdəliyi götürüb. 2009-cu ildə bu göstərici 3 milyard dollara qaldırıldı. 2019-cu ildə hərbi yardım 3,8 milyard dollara yüksəldi. 2028-ci il də daxil olmaqla İsrail ABŞ-dan hər il 3.8 milyard dollarlıq hərbi yardım alacaq. Xüsusi olaraq onu da qeyd etmək gərəkir ki, 2023-cü ilin 7 oktyabrında HƏMAS İsrailə hücum edəndən sonra Amerika İsrailə əlavə olaraq 12.5 milyard dollar yardım verib. 1972-ci ildən bəri ABŞ İsrailə mənzil çatışmazlığı, yeni yəhudi immiqrantların qəbulu və iqtisadiyyatın bərpasına kömək etmək üçün kredit zəmanətlərinin də vaxtını uzatdı. İsrail ABŞ-ın 23-cü, ABŞ isə İsrailin ən böyük ticarət tərəfdaşıdır. İkitərəfli ticarət 2023-cü ildə təxminən 50 milyard dollar olub.
Maliyyə və hərbi yardımla yanaşı, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında İsrailə ən çox dəstək verən ölkə də Amerikadır. İndiyə qədər ABŞ veto hüququndan 83 dəfə istifadə edib. İsraili pisləyən qətnamələrə qarşı veto hüququndan 42 dəfə istifadə edən ABŞ yəhudi dövlətinə genişmiqyaslı siyasi dəstək verir. 1991-2011-ci illər arasında ABŞ-ın tətbiq etdiyi 24 vetodan 15-i İsraili qorumaq üçün istifadə edilib. 2021-ci ildən etibarən Birləşmiş Ştatlar Qolan Təpələrini işğal olunmamış İsrail suveren ərazisi kimi tanıyan, Qüdsü İsrailin paytaxtı kimi tanıyan və səfirliyini 2018-ci ildə Tel-Əvivdən Qüdsə köçürən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının yeganə daimi üzvü olaraq qalır. İsrail Birləşmiş Ştatlar tərəfindən NATO-dan kənar əsas müttəfiq kimi qəbul olunur və Yaxın Şərqdə Misirdən sonra bu təyinata malik yeganə ölkədir.
Amerikada nə qədər yəhudi yaşayır? Fərqli mənbələr fərqli rəqəmlər göstərir. Ortaq fikir odur ki, yəhudilərin sayı 6-8 milyon arası dəyişir. Bu isə o deməkdir ki, Amerikanın 340 milyonluq əhalisinin 2.-2.5 faizi yəhudidir. Hazırda ABŞ-da 10 senator və 25 konqresmen yəhudi var.
ABŞ dövlət katibi Alexander Haig İsrailin ABŞ üçün önəmini belə ifadə etmişdir: "İsrail Amerikanın dünyandakı ən böyük və heç vaxt batmayacaq aviasiya gəmisidir, o gəmi heç bir Amerika əsgərini belə daşımır, ancaq o gəmi Amerikanın milli təhlükəsizliyi üçün kritik dəyərə sahib bir bölgədə yerləşir".
ABŞ prezidenti Co Bayden isə uzaq 1986-cı ildə senator olanda belə demişdi: “İsrail olmasaydı, Birləşmiş Ştatlar onu yaratmalı olacaqdı”. Yəni ABŞ Yaxın Şərqdə öz maraqlarını İsrail üzərindən həyata keçirir.
Yeri gəlmişkən, Co Bayden 27 oktyabr 2022-ci ildə Ağ Evdə İsrail prezidenti İsaak Hersoqla görüşündə bu fikri yenidən təkrarladı: “Mən əvvəl də tez-tez demişəm: Cənab prezident Hersoq, əgər İsrail olmasaydı, Amerika onu yaratmalıydı”...
Tarixən Qərbi Asiyada ABŞ “əkiz sütun” strategiyasına arxalanırdı. Qərb sütunu Səudiyyə Ərəbistanı, şərq sütunu isə İran idi. 1979-cu ildə İranda İslam inqilabı baş verdi və bu ölkə Amerikanın nəzarətindən çıxdı. Bu olaydan sonra ABŞ üçün İsrail daha böyük önəm kəsb etməyə başladı.
ABŞ və İsrail daha çox “Xüsusi Münasibət”də olan ölkələr kimi tanınır. Bu termini ilk dəfə 1962-ci ilin dekabrında İsrailin xarici işlər naziri Qolda Meirlə görüşdüyü ABŞ-ın qətlə yetirilmiş ilk katolik prezidenti Con Kennedi (1961-1963) işlədib. O deyib ki, Amerikanın Böyük Britaniya ilə olduğu kimi, İsrail ilə də xüsusi münasibəti var.
Amerikanın İsrailə dəstəyinin ən önəmli səbəbi İncildə yəhudi xalqına “Vəd olunmuş torpaqlar”la bağlıdır. Amerika seçicilərinin təxminən dörddə birini təşkil etdiyi deyilən yevangelistlərin dini inanclarına görə, Allah o torpaqlara yəhudilərə vəd edib. Ona görə də xristianlar bu məsələdə yəhudilərə dəstək olmalıdır. Elə bu səbəbdən də “Christians United for Israel”in 7 milyon nəfər üzvü var.
Holokost - Yəhudi soyqırımı Almaniyanın faşizm dövründə törətdiyi, təxminən 6 milyon insanın sistemli şəkildə öldürüldüyü qətliamdır. Bu fəlakət də Amerikada yəhudilərə xüsusi simpatiya yaradan amillərdən biridir.
ABŞ xarici siyasətini İsrailə tərəf yönəltmək üçün fəal işləyən fərdlərin və təşkilatların koalisiyası kimi çıxış edən lobbi təşkilatları bu kimi amillərə söykənərək Amerikada geniş təbliğat kampaniyası aparırlar.
Yəhudilər ABŞ əhalisinin 2-2.5 faizini təşkil etsə də Amerikanın ən varlı 400 adamının 100-ü yəhudidir, yəni 25 faizi.
1901-ci ildən 2023-cü ilə qədər dünyada 965 nəfər Nobel mükafatı alıb. Onlardan 216 nəfəri yəhudidir. Bəs, dünya əhalisinin cəmi 2 faizi təşkil edən yəhudilər nədən bu qədər ağıllıdır? Yəhudi alimləri bu fenomeni yəhudi tarixi ilə izah edir. Belə ki, XX əsrin ortalarına qədər Avropanın fərqli ölkələrində hər 20-25 ildən bir yəhudi poqromları olurdu. Yəhudilər hər şey qoyub qaçmaq məcburiyyətində qalırdılar. Ona görə də yəhudilər elmə və iqtisadiyyata aşırı maraq göstərdilər. Yəni poqromlar olanda yəhudilər aradan çıxrdılar. Ancaq aşırı bilgiləri hesabına yeni bir məkanda yenidən var-dövlət sahibi olurdular. Obrazlı desək, yəhudilər başlarında daşıdıqları intellektual mülkin daşıyıcısına çevrilmişdilər.
Son olaraq onu da deyim ki, ABŞ çoxları üçün İsrail deməkdir, elə İsrail deyəndə də Amerikanı düşünənlər çoxdur.
Azərbaycan belə bir xalqla, belə bir ölkə ilə xüsusi münasibətlərə malikdir. Və bu münasibətlər Azərbaycan üçün strateji xarakter daşıyır.
Elbəyi Həsənli, Sürix 

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://mia.az
archiveBu xəbər 18 Aprel 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see239

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see239

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see230

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see205

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see187

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see177

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see172

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see170

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see169

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see162

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see162

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see153

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see152

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see151

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see150

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see141

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see140

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see135

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see133

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri