İsrail yenilənmiş sülh layihəsini HƏMASa təhvil verib Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
İsrail yenilənmiş sazişini Fələstinin HƏMAS hərəkatına təqdim edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Axios" portalı yazıb.
Qeyd olunur ki, yeni layihə bəzi israilli girovların azad edilməsini, eləcə də Qəzza zolağında atəşkəsin əldə olunmasını nəzərdə tutur.
Yeni razılaşma ötən həftə baş nazir Benyamin Netanyahu, nazirlər və təhlükəsizlik qurumlarının rəhbərləri arasında keçirilən görüşdə razılaşdırılıb. Sənəd iki tərəf arasında danışıqların mümkünlüyünü təklif edir. Bundan əlavə, 42 gündən 60 günə qədər atəşkəs nəzərdə tutulur.
Qeyd edək ki, Fələstinin HƏMAS və FƏTH təşkilatları müharibədən sonrakı Qəzza zolağının idarə olunması üçün birgə komitə yaratmaq barədə də razılığa gəliblər. Onlar Qahirədə baş tutan danışıqlardan sonra sazişi təsdiqləyiblər.
Sənədə əsasən, birgə komitəyə humanitar yardım, təhsil, səhiyyə, iqtisadiyyat və İsraillə müharibə başa çatdıqdan sonra Qəzza zolağının yenidən qurulmasına cavabdeh olacaq 10-15 nəfər daxil olacaq.
Baxış sayı:128
Bu xəbər 05 Dekabr 2024 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















