Icma.az
close
up
RU
İsrailin raketləri İranda zəlzələ yarada bilərmi? Qurban Yetirmişli ilə elmi analiz

İsrailin raketləri İranda zəlzələ yarada bilərmi? Qurban Yetirmişli ilə elmi analiz

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsrail-İran müharibəsinin alovlandığı, raketlərin bir-birinin ardınca havaya qalxdığı bir vaxtda çoxlarını belə bir sual düşündürür - İranın bombardman edilməsi və eləcə də İranın nüvə reaktorlarının partladılması dağıdıcı zəlzələni tətikləyə bilərmi?

Belə sualların cavabı fərziyyələrlə deyil, elmi faktlarla izah edilməlidir.

Oxu.Az bu sualı Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, geofizika üzrə tanınmış alim Qurban Yetirmişliyə ünvanladı:

- Qurban müəllim, Anadoludan keçən tektonik xətt İrana qədər uzanır. İsrailin atdığı ağır raketlərin təsiri zəlzələyə səbəb ola bilərmi?

- O raketlər yerə düşəndə istər-istəməz səthdə silkələnmə yaradır. Sadə bir misal: təsəvvür edin, bir yük maşını daşları boşaldır, siz də yaxınlıqdasınız, evdə oturmusunuz - görürsünüz ki, evin şüşələri titrəməyə başlayır. Raket və bombaların təsiri də buna bənzərdir.

Şimali İran qırılma xətti Xəzər dənizinin ortasından keçir. İran, Türkiyə və Ərəbistan eyni tektonik plitə üzərində yerləşir. Bir tərəfdə Afrika plitəsi, digər tərəfdə isə Avrasiya plitəsi yerləşir. Bu plitələr bir-birinə sıxıldıqda silkələnmələr yaranır. Bunlar böyükhəcmli plitələrdir və onların daxili blokları daim hərəkətdədir. Zəlzələlər də bu plitələrin hərəkəti, bir-biri ilə toqquşması və sıxılması nəticəsində baş verir. Bu, "kolliziya zonası" adlanır. Bu zaman bloklar parçalanaraq fərdi hərəkətlər edir.

Tektonik qırılmalar boyunca yerləşən zəlzələ qradiyent sahələrində bu proseslər baş verir. Bloklar bir-birini sıxdıqca bu sahələrdə zəlzələlərin başvermə ehtimalı artır. Əgər bu zonalarda hərəkət aktivdirsə, həmin bölgələrdə zəlzələ riski də yüksəlir.

Biz bu qradiyent sahələri elmi üsullarla araşdırırıq. Respublikada 400-ə yaxın müşahidə nöqtəmiz var. Bu nöqtələrdə qravitasiya sahəsi, maqnit variasiyaları, seysmiklik və GPS müşahidələri aparılır. Bu vasitələrlə blokların hərəkət istiqaməti və sürəti müəyyən edilir.

İndi sualınıza qayıdıram: 1 500 kiloqramlıq döyüş başlığı daşıyan raketlər partladıqda afterşok (təkrar zəlzələ effekti - red.) yaradaraq tektonik qırılmalara təsir göstərməsi mümkündürmü? Blok daxilindəki hərəkətlərə müəyyən qədər təsir göstərə bilər, amma bütövlükdə plitələrin hərəkətinə ciddi təsiri yoxdur. Plitələrin öz hərəkəti var, onların üzərində isə müxtəlif bloklar yerləşir və onlar da fərqli istiqamətlərdə hərəkət edir.

Azərbaycandakı bölgələrin hər birində GPS stansiyaları vasitəsilə bu hərəkətlərin sürəti müəyyən olunur. Məsələn, bir blok ildə 10 mm, digəri isə 8 mm sürətlə hərəkət edirsə, bu, bir blokun digərini sıxması ilə nəticələnir. Bu da tektonik qırılma zonalarının yaranmasına səbəb olur.

Layların parçalanması nəticəsində yaranan zəlzələlərin də parametrləri var. Qırılmanın uzunluğu kilometrlərlə ölçülür. Bu qırılmalar kritik həddə çatdıqda yer qabığında parçalanmalar baş verir və bu da zəlzələyə səbəb olur. Bu proseslər qayaların növündən - gil, qum və ya digər materiallardan da asılıdır.

Zəlzələ ocağının da parametrləri var - məsələn, 20-30 kilometr dərinlikdə ola bilər. Biz onun mexanizmini - itələnmə, yuxarıya qalxma və ya qırılma proseslərini də təyin edirik.

- Belə bir iddia var: Çin böyük su anbarı tikərək Yer kürəsinin öz oxu ətrafında fırlanmasına təsir göstərib. Bu nə qədər realdır?

- Dünya bir tərəfdən boşalır, bir tərəfdən dolur. Göllərin quruması, torpaqların çəkilməsi və digər bu kimi dəyişikliklər Yer kürəsində balans pozulmasına gətirə bilər. Amma bu cür dəyişikliklərin Yer kürəsinin fırlanmasına əhəmiyyətli təsiri çox azdır. Bunu daha yaxşı astrofiziklər bilərlər, amma mənim fikrimcə, bu təsirlər Günəş və planetlərin qarşılıqlı cazibə qüvvələri ilə daha çox əlaqəlidir.

Günəşdə baş verən partlayışlar, maqnit sahəsindəki dəyişikliklər Yer kürəsinin daxilinə qədər təsir göstərə bilər. Biz bu təsirləri maqnetometriya, qravimetriya, GPS və kimyəvi analizlərlə izləyirik.

Yerin fırlanmasında saniyənin yüzdəbiri qədər belə dəyişiklik olarsa, bu, artıq böyük bir hadisə sayılır. Günəşin təsiri ilə qlobal istiləşmə artar. Həmçinin Yerin peyki Ayın və digər planetlərin cazibəsi də nəzərə alınmalıdır. Yer kürəsi böyük bir sistemdir və bu sistemin sabitliyi bir çox amildən asılıdır.

- Türkiyəli alim Celal Şengör İstanbulda böyük bir zəlzələnin gözlənildiyini deyir. Bu barədə nə deyə bilərsiniz?

- Bunu heç kim bilməz. Danışır özü üçün. Eləyə qalsa, Celal yır-yığış edib gedirdi İstanbuldan. Niyə getmədi? Vallah, onun yerinə olsam, gedib oturaram bir vulkanın yanında, tədqiqatlarımla məşğul olaram. Yalandan ajiotaj yaratmaq nəyə lazımdır?

- Tez-tez Türkiyə mediasında rastımıza belə bir xəbər çıxır: guya ABŞ-nin zəlzələ silahı var. Sizcə, bu mümkündür?

- Zəlzələ elə bir şey deyil ki, sən onu silah kimi istifadə edə biləsən. O boyda layı Yerin o qədər dərinliyində hərəkət etdirmək mümkün deyil. Yalandan camaatı vəlvələyə salmaq lazım deyil. Bunlar hamısı mifdir.

Əlinə fürsət düşən televiziyaya çıxıb deyir ki, mən ekspertəm. Sonra da başlayır, "ay belə dağılacaq, dünya belə yıxılacaq"-filan.

Zəlzələ baş verəndə insanları sakitləşdirmək lazımdır, panika yaratmaq yox.

Elçin Aslangil

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 İyun 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri