İstanbul subasmalarla mübarizə aparır: Ölənlər var Video
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
İstanbulda son 41 ilin yağıntı rekordu qeydə alınıb.
Yeniavaz.com ölkə mətbuatına aistinadla xəbər verir ki, dünən səhər saatlarından etibarən şəhəri bürüyən güclü leysan qısa müddətdə fəlakətə çevrilib.
Fatih rayonunda 14 yaşlı uşaq su gölməçəsindən keçərkən elektrik cərəyanının vurması nəticəsində, Ayazağada isə 34 yaşlı şəxs sel sularında boğularaq həyatını itirib.
Bir çox rayonda su və elektrik təchizatında fasilələr yaranıb, ümumilikdə 1 277 su basması hadisəsi qeydə alınıb. İstanbul Böyükşəhər Bələdiyyəsinin müvafiq qurumlarına ümumilikdə 6 937 müraciət daxil olub.
İstanbul Valiliyi əlverişsiz hava şəraiti ilə əlaqədar oktyabrın 15-də bütün əyani təhsilin dayandırıldığını açıqlayıb.
Şəhərin bəzi ərazilərində yağıntının miqdarı hər kvadratmetrə 240 kiloqramı ötüb. Xüsusilə Bosfor boğazı ətrafında, şəhərin Avropa qitəsinə düşən hissəsində təsirli olan leysan 1985-ci ildən bəri qeydə alınan ən yüksək göstəricilərdən birinə çatıb.
Beykoz rayonunda hər kvadratmetrə 242 kiloqram, Eyüpsultanda 190,5 kiloqram, Sarıyerdə isə 187,9 kiloqram yağıntı düşüb.
Bu mövzuda digər xəbərlər:İstanbul nəhəngləri kanadalı hücumçu üçün mübarizə aparır
02 May 2026 13:44
İstanbul nəhəngləri bu ulduz uğrunda amansız mübarizə aparır
03 İyul 2025 10:36
İstanbul derbisindən Video
05 May 2025 09:07
Ailə faciəsi: ölənlər var VİDEO
23 Fevral 2026 08:27
Moskvada faciə: Ölənlər var VİDEO
11 Mart 2026 23:14
Baxış sayı:94
Bu xəbər 15 Oktyabr 2026 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















