Icma.az
close
up
RU
İstanbulda “Sıfır Tullantı Forumu” çərçivəsində nazirlərin yüksək səviyyəli toplantısı keçirilir FOTOLAR

İstanbulda “Sıfır Tullantı Forumu” çərçivəsində nazirlərin yüksək səviyyəli toplantısı keçirilir FOTOLAR

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İstanbulda “Sıfır Tullantı Forumu” çərçivəsində kənd təsərrüfatı və meşəçilik nazirlərinin yüksək səviyyəli toplantısı öz işinə başlayıb. “Qida və su israfının azaldılması, gələcəyə sahib çıxmaq” mövzusunda təşkil olunan toplantıda ölkəmizi kənd təsərrüfatı naziri Məcnun Məmmədov təmsil edir.

"Unikal" xəbər verir ki, tədbir Sıfır Tullantı Fondu və Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir. Toplantının məqsədi qida və su israfının qlobal miqyasda yaratdığı təhlükələrə diqqət çəkmək, Sıfır Tullantı yanaşmasını nümunəvi model kimi təqdim etmək və bu sahədə nazirlər səviyyəsində beynəlxalq əməkdaşlığı gücləndirməkdir.

Toplantını giriş sözü ilə açan Sıfır Tullantı Fondunun rəhbəri Əminə Ərdoğan qida və su israfının qarşısının alınmasının insanlar arasında aclıq səviyyəsinin aşağı düşməsinə müsbət təsir göstərəcəyini bildirib. O qeyd edib ki, ictimai rəyə güclü təsir imkanları olan kütləvi informasiya vasitələrində qida və su israfını stimullaşdıran reklamların sayı sürətlə artmaqdadır. Bu prosesə qarşı Sıfır Tullantı prinsiplərinin geniş təbliği qlobal miqyasda aclığın miqyasını əhəmiyyətli dərəcədə azalda bilər: Sıfır Tullantı prinsiplərini həyatımızda tətbiq edərək özümüzü və həyatımızı dəyişdirməyə başlayanda görəcəyik ki, dünya da bizimlə birlikdə dəyişir. Çünki bir dilim çörəyi zibilə atmayanda 40 litr suya, bir yumurtanın xarab olmasına imkan verməyəndə 196 litr suya, bir almanı soyuducuda çürütməyəndə 196 litr suya qənatə etmiş olacağıq. Unutmayaq ki, 190 milyon uşağın acından gözünün qaraldığı bir dünyada yaşayırıq”. 

Tədbirdə çıxış edən Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildirib ki, planetimizin üzləşdiyi ən böyük problemlərdən biri qida və su israfıdır. Onun sözlərinə görə, hər il dünyada təxminən 1,3 milyard ton ərzaq atılır, eyni zamanda 783 milyon insan aclıq həddində yaşayır. Dünya əhalisinin yarısı ilin müəyyən dövrlərində orta və yüksək səviyyədə su qıtlığı ilə qarşılaşır. Nazir qeyd edib ki, qlobal iqlim dəyişikliklərinin mənfi təsirlərinin artması mövcud vəziyyəti daha da ağırlaşdırır və belə tədbirlər ictimai diqqəti bu problemə yönəltmək baxımından daha çox əhəmiyyət kəsb edir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, su və qida artan əhali tələbatını qarşılamaq üçün həyati resurslardır. Lakin bu resurslar məhduddur, tələbat isə sürətlə artır. Nazir vurğulayıb ki, Dünya Bankının hesablamalarına əsasən hər il təxminən 1 trilyon ABŞ dolları dəyərində qida israf olunur. 2022-ci ildə dünya əhalisinin 29,6 faizi orta və ya ağır dərəcəli qida təhlükəsizliyi problemləri ilə üzləşib.

Məcnun Məmmədovun sözlərinə görə, qida israfının azaldılması üçün dövlət və özəl sektor birgə səylər göstərməlidir. Maarifləndirmə, təkrar emalın təşviqi, səmərəli qablaşdırma və istehlakın real ehtiyaclara uyğunlaşdırılması bu istiqamətdə əsas mexanizmlər kimi çıxış edir. Nazir qeyd edib ki, kənd təsərrüfatı sektoru qlobal su stresində həlledici rol oynayır. Bu çağırışların həlli üçün Azərbaycan su resurslarının idarə edilməsinin təkmilləşdirilməsi, iqlimə uyğun əkinçilik təcrübələrinin genişləndirilməsi və rəqəmsal-ağıllı texnologiyaların tətbiqi istiqamətində mühüm addımlar atır.

Nazir çıxışında ölkəmizdə müasir suvarma sistemlərinin tətbiqinə göstərilən dövlət dəstəyi mexanizmləri barədə məlumat verərək, damcı və pivot suvarma texnologiyalarının genişləndirilməsinin prioritet istiqamət olduğunu vurğulayıb.

İstanbulda Sıfır Tullantı Forumu çərçivəsində keçirilən kənd təsərrüfatı və meşəçilik nazirlərinin yüksək səviyyəli toplantısı işini bu gün yekunlaşdıracaq. 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:38
embedMənbə:https://unikal.az
archiveBu xəbər 28 Noyabr 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see846

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see262

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see228

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see204

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see199

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see195

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see194

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see176

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see150

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see150

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see145

Südü heç vaxt soyuducunun qapısında saxlamayın Səbəb açıqlandı

26 Noyabr 2025 20:48see145

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see142

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see141

Gözləmələrin qida dadına necə təsir etdiyi məlum oldu…

26 Noyabr 2025 23:27see140

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see137

Oğlunun toyunda geyindiyi açıq saçıq paltardan DANIŞDI

27 Noyabr 2025 17:17see134

Yağlısı infarkta aparır Yağsızı min bir dərdə dərmandır

27 Noyabr 2025 01:02see132

Gündə 4 fincan içmək qocalmanı yavaşladır

28 Noyabr 2025 05:05see131

KL: Samsunspor səfərdən 1 xalla dönür

28 Noyabr 2025 02:26see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri