Icma.az
close
up
RU
İstanbulda “TürkiyəAzərbaycan Gənclərinin Qardaşlıq Forumu” keçirilib FOTO/VİDEO Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

İstanbulda “TürkiyəAzərbaycan Gənclərinin Qardaşlıq Forumu” keçirilib FOTO/VİDEO Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

Türkiyənin İstanbul şəhərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyi və "Makro 2000” Qrupu tərəfindən "Türkiyə-Azərbaycan Gənclərinin Qardaşlıq Forumu” keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbir Türkiyə və Azərbaycanın dövlət himnlərinin oxunması ilə başlayıb.

Qonaqları salamlayan GTİD sədri, layihə rəhbəri Toğrul Allahverdili Azərbaycan və Türkiyə arasındakı tarixi qardaşlıq bağlardan söz açıb.

Azərbaycanın tarixi tədbir olan COP29-a ev sahibliyi etməsini bildirən sədr qeyd edib ki, rəsmi Bakı tədbiri ən yüksək səviyyədə həyata keçirir.

T. Allahverdili tədbirin keçirilməsində dövlət orqanları ilə yanaşı, qeyri-hökumət təşkilatlarının da səylə çalışdığını bildirərək gənclərin daha da fəallıq göstərməsinin önəminə diqqət çəkib. Azərbaycan və Türkiyə gənclərinin qarşılıqlı əlaqələrdə şəbəkələşmə imkanlarının yüksək səviyyədə olduğunu qeyd edərək gəncləri bu imkanlardan maksimum yararlanmağa çağırıb.

Qeyd edək ki, layihə rəhbərinin çıxışından sonra protokol çıxışlarına yer verilib.

Forumda çıxış edən Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı qeyd edib ki, Prezident İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimindəki çıxışı bir çox cəhətdən ciddi mesajları özündə əks edirdi.

"Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” mesajı bu baxımdan xüsusi diqqət çəkir. Prezidentin Milli Məclisin tribunasından ifadə etdiyi bu mövqe illərlə yad dəyərlərlə bizi yanıltmaq, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışdıqları saxta proseslərin yerlə-yeksan edilməsi idi. Türk gəncliyinin birliyi və qardaşlığı zamanın tələbidir. Çünki hər iki gənclik bütün sahələrdə bir-birinə qırılmaz tellərlə bağlanıblar. Dil, din və köklərinin eyni olması türk gəncliyinin bir-birinə təbii bağlılığının göstəricisidir”, – deyə millət vəkili söyləyib.

Bundan əlavə, Azərbaycanın İstanbuldakı konsulu Zaur Allahverdizadə, Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı Günel Ələsgərli, Yurtdışı Türkler ve Akraba Toplulukları Başkanlığı İstanbul Ofisi koordinatoru Fatih Hacıbektaşoğlu, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının başqan vəkili Pərviz Məmmədzadə, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər, İSTAD başqanı Səfər Karakoyunlu, Motiv Şəxsi İnkişaf mərkəzinin rəhbəri, psixoloq Mətanət Əliyeva çıxış edərək COP29-un önəmi və Azərbaycan gənclərinin beynəlxalq tədbirlərdə iştirak təcrübələri ilə bağlı danışıb, Azərbaycanla Türkiyənin arasındakı siyasi və mədəni əlaqələrin inkişafına gənclərin qatqısından bəhs ediblər.

Daha sonra COP29-un açılış mərasimindən bəhs edən qısa film nümayiş olunub.

Forum çərçivəsində Ankara Hacı Bayram Veli Universitetinin doktorantı, YTB bursiyeri, aktivist Rəşid Mustafazadənin moderatorluğu ilə Türkiyə-Azərbaycan Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Paneli təşkil olunub. Paneldə məşhur bloqer, yazar Aysu Mola, məşhur teleaparıcı, yazar Yeşim Eryılmaz, Azərbaycan tarixi üzrə ekspert Anar Can Kıtay, kibertəhlükəsizlik və süni intellekt mütəxəssisi Yasin Uğur ölkələrarası əlaqələrin gənclərə sirayət etdirilməsi və gənclərin şəbəkələşmə potensialının gerçəkləşdirilməsi ilə bağlı müzakirə aparıblar.

Forumun bədii hissəsində Azərbaycanı dünya səhnələrində təmsil edən ən gənc qadın orkestr şefi, Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə ithaf etdiyi "Türkiyə 100” əsəri ilə könüllərdə taxt quran Turan Manafzadə və gənclər milli musiqilərimizi səsləndiriblər.

Forumun sonunda iştirakçılara təşəkkür plaketləri təqdim olunub, xatirə şəkli çəkilib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 19 Noyabr 2024 22:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see405

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see387

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see337

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see300

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see294

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see271

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see258

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see234

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see232

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see224

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see152

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see140

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see138

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see128

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see124

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri