Icma.az
close
up
RU
İstəklilər koalisiyasının istəyi nədir? Müharibə gələn il də davam edəcək

İstəklilər koalisiyasının istəyi nədir? Müharibə gələn il də davam edəcək

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, oktyabrın 24-də Londonda Kiyevə yardımın göstərilməsi üzrə "İstəklilər koalisiyası"nın görüşü keçiriləcək. Görüş qismən əyani, qismən də videoəlaqə formatında olacaq. Görüşdə Ukrayna lideri Volodimir Zelenski də iştirak edəcək.

Kiyevə göstərilən yardımın artması münaqişənin həllinin hələ çox uzun çəkəcəyini göstərirmi? Yoxsa, bu dəstək Rusiyanı təhdid etməkdən ibarətdir?

Xəqani Cəfərli: Müharibənin yaxın zamanlarda başa çatacağı ehtimalı azalmaqdadır

Mövzu ilə bağlı politoloq Xəqani Cəfərli öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı cinayətkar müharibəsinin yaxın zamanlarda başa çatacağı ehtimalı azalmaqdadır:

"Donald Trampın müharibəni 24 saata olmasa da, 100 günə dayandırmaq vədi də gerçəkləşmədi. Məsələ ondan ibarətdir ki, tərəflərdən heç biri məğlub olmayıb və hətta qalib gələ biləcəyini düşünür. Belə bir vəziyyətdə müharibəni dayandırmaq çox çətin, hətta mümkünsüzdür”.

Müsahibimiz qeyd edib ki, Rusiyanın istədiyi Ukraynanın təslim olmasıdır:

“Ukrayna isə Rusiyanın hərb yolu ilə nail ola bilmədiyi uğuru ona danışıqlar yolu ilə verməyəcək. Rusiyanın Avropa dövləti ilə münasibətlərinin də düşmənçilik həddinə çatması müharibənin davam etməsinə səbəb olur".

X.Cəfərli hesab edir ki, müharibənin qısa zaman ərzində başa çatmasının yeganə imkanı Rusiyada hakimiyyət dəyişikliyinin baş verməsinə bağlıdır.

"Əgər yaxın zamanlarda Putin hər hansısa bir səbəbdən hakimiyyətdən gedərsə, o zaman vəziyyət dəyişə bilər. Bu hal baş vermədikcə, müharibənin davam etməsi ehtimalı çox yüksəkdir. Əgər ciddi bir dəyişiklik baş verməsə, müharibə ən azından 2026-cı ildə də davam edəcək. Kiyevə göstərilən dəstəyin artması da bununla bağlıdır", - deyə müsahibimiz qeyd edib.

Samir Hümbətov: Kiyevə dəstək həm də Rusiyaya təzyiq vasitəsidir

Politoloq Samir Hümbətov da öz növbəsində Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Kiyevə dəstək həm də Rusiyaya təzyiq vasitəsidir:

"Fransa, ABŞ, Avropanın əksər ölkələri, hətta Ukrayna və Rusiya da bilir ki, bu münaqişənin qısa müddətdə həlli real görünmür. Ona görə də münaqişə uzun müddət davam edəcək. Bu kontekstdə Avropa ölkələri bu münaqişədə Ukraynanın aktivliyini daimi təmin etməyə çalışırlar”.

Onnu fikrincə, bu gün Ukraynada Fransa və Avropa ölkələrinin Kiyevə yardım etməsinin əsas səbəblərindən biri məhz Ukraynanın Rusiya qarşısında daha çox düşməməsidir.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Oktyabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see204

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see179

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see172

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see164

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see149

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see144

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri