Icma.az
close
up
RU
İsti havada yatmazdan əvvəl niyə soyuq duş qəbul etmək olmaz?

İsti havada yatmazdan əvvəl niyə soyuq duş qəbul etmək olmaz?

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yay istisində bir çox insan yatmazdan əvvəl sərinləmək üçün soyuq duş qəbul edir.

Lent.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edirlər ki, bu üsul gözlənilən effekt verməyə və hətta yuxuya getməyi çətinləşdirə bilər.

Soyuq duş niyə yuxuya mane olur?

Londonun Royal Brompton Hospital xəstəxanasında çalışan yuxu və tənəffüs sistemi üzrə mütəxəssis, doktor Elli Heyr bildirir ki, keyfiyyətli yuxu üçün əsas amil bədənin düzgün istilik tənzimləməsidir. Onun sözlərinə görə, yatmazdan əvvəl duş qəbul etmək faydalıdır. Lakin su nə çox soyuq, nə də həddindən artıq isti olmalıdır. Hər iki halda orqanizmin yuxuya hazırlaşmasına kömək edən təbii proseslər pozula bilər.

İlıq duş daha faydalıdır

Mütəxəssis bildirir ki, yatmazdan təxminən bir saat əvvəl qəbul edilən ilıq duş dərinin səthinə yaxın qan damarlarını genişləndirir. Duşdan çıxdıqdan sonra orqanizm artıq istiliyi daha sürətlə xaric etməyə başlayır. Nəticədə bədən temperaturu tədricən və təbii şəkildə aşağı düşür ki, bu da rahat yuxuya getməyə kömək edir. Həkimin sözlərinə görə, ilıq duş dərhal sərinlik hissi yaratmasa da, onun təsiri daha uzun müddət davam edir və bədənin gecə boyu rahat temperaturda qalmasına şərait yaradır.

Həddindən artıq istilik yuxunu pozur

Elli Heyr vurğulayır ki, yuxu zamanı bədən temperaturunun yüksək olması dərin yuxu mərhələsinin müddətini azaldır. Məhz dərin yuxu orqanizmin bərpası, fiziki və zehni istirahət, eləcə də səhər gümrah oyanmaq üçün böyük əhəmiyyət daşıyır.

Yatmazdan əvvəl sərinlənməyin fərqli üsulu

Həkim isti yay gecələrində başqa sadə üsul da tövsiyə edir. O, nazik corabları bir qədər isladıb təxminən 10 dəqiqə dondurucuda saxlamağı, sonra isə yatmazdan əvvəl geyinməyi məsləhət görür. Mütəxəssisin sözlərinə görə, ayaqaltılar bədənin istilik tənzimlənməsində mühüm rol oynayır. Ayaqların soyudulması artıq istiliyin bədəndən daha sürətlə xaric olmasına kömək edir və hətta çox isti gecələrdə belə yuxuya getməyi asanlaşdırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://lent.az
archiveBu xəbər 21 İyul 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see352

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see337

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see322

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see317

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see292

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see279

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see276

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see258

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see240

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see230

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see222

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see219

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see217

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see217

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see215

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see215

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see208

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see203

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri