İt sahibinin xəstəliyini hiss edərək həyatını xilas ETDİ
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
ABŞ-də it sahibinin böyrək çatışmazlığından əziyyət çəkdiyini hiss edərək onun həyatını xilas edib.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-də Lola adlı it sahibinin səhhətində yaranan ciddi problemi davranışları ilə hiss etdirərək onun vaxtında tibbi yardım almasına səbəb olub.
Hadisə it sahibinin özünü pis hiss etməsindən sonra baş verib. Lola kişinin üzərinə uzanaraq burnu ilə onu israrla itələməyə başlayıb və sanki nəyinsə qaydasında olmadığını göstərməyə çalışıb.
İtin bu davranışını ciddi siqnal kimi qəbul edən sahibi təcili tibbi yardım şöbəsinə getmək qərarına gəlib. Bir neçə saat sonra həkimlər onda təcili müdaxilə tələb edən böyrək çatışmazlığı aşkar ediblər.
Lola 2025-ci ildə National Mill Dog Rescue təşkilatının əməkdaşları tərəfindən xilas edilib. İtin bundan əvvəl səkkiz il ərzində dar bir yerdə, minimal qulluq şəraitində saxlanıldığı bildirilib. Buna görə də xilasedicilər onun yeni həyata uyğunlaşmasının çətin olacağından narahat olublar.
Lakin Lola qısa müddətdə yeni şəraitə uyğunlaşıb. Bir neçə ay sonra Malley ailəsi ilə tanış olan it ailənin üzvləri ilə tezliklə yaxınlaşıb. Təxminən bir il sonra isə təşkilatın könüllülərinə Lolanın sahibinin həyatında mühüm rol oynadığı barədə xəbər çatıb.
Təşkilatın nümayəndələri bildiriblər ki, ailə Lolaya ikinci şans verib, Lola isə gözlənilməz şəkildə ailənin ona ən çox ehtiyac duyduğu anda onların yanında olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 07 Oktyabr 2026 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















