İtən şəxsin meyiti 28 il sonra çürüməmiş vəziyyətdə tapıldı FOTO
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Pakistanda 28 ildir itkin düşən kişinin cəsədi tapılıb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Kohistan bölgəsində qeydə alınıb.
Dağlıq Kohistan bölgəsində bir qrup ziyarətçi cəsədi görüb və yerli sakinlərə xəbər verib.
Cəsəd ərazidəki buzlaqların əriməsi nəticəsində üzə çıxıb.
Tapılan şəxsin cəsədinin çürüməməsi və şəxsin tanınacaq halda olması diqqət çəkib.
Onun kimliyi paltarından tapılan şəxsiyyət vəsiqəsi sayəsində müəyyən edilib.
Polis rəsmiləri, buzlaqın temperaturun artması ilə əriməsi nəticəsində aşkar edilən cəsədin təxminən 28 il əvvəl yoxa çıxan Nəsrəddin adlı şəxsə aid olduğunu bildirib.
Yerli sakinlər həmin şəxsin heyvan alveri ilə məşğul olduğunu, Battaqram bölgəsindən qayıdarkən atı ilə mağaraya girdiyini və bir daha geri qayıtmadığını bildiriblər.
Qeyd edilib ki, qardaşı və ətrafdakı kəndlərin sakinləri həmin vaxt mağarada axtarış aparsalar da, Nəsrəddini tapa bilməyiblər.
Billurə Yunus
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 07 Avqust 2025 19:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















