Icma.az
close
up
RU
“İtkin” film tapıldı

“İtkin” film tapıldı

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu yaxınlarda Azərbaycan Dövlət Film Fondunda Əməkdar artist, teatr və kino aktrisası Ətayə Əliyevanın 105 illiyi münasibətilə yazılmış “Bir ömürlük xatirə” kitabının (müəllif Rəhilə Soltanqızıdır) təqdimatı keçirilirdi. Mərasimdə mərhum sənətkarın haqqında danışılan xatirələrlə, göstərilən videoçarxlarla bərabər, illərdən bəri itkin düşmüş qısametrajlı bir film də nümayiş etdirildi. 1963-cü ildə çəkilmiş həmin filmdə Ətayə Əliyeva da oynayıbmış.

Söhbət geniş tamaşaçı kütləsinə çox az məlum olan “Axırıncı namaz” filmindən gedir. Yubiley mərasiminin iştirakçıları sözügedən filmdə Ətayə Əliyeva (Xeyransa) ilə bərabər, məşhur aktyorlar Ağadadaş Qurbanov (Molla Müştəba), Möhsün Sənani (Şahbala), Münəvvər Kələntərli (burada ifa etdiyi Qoca arvad rolu onun ekranda son işi olub, həmin il vəfat edib) və digərlərinin yadigar kadrlarını böyük maraqla izlədilər.

“Azərbaycanfilm” kinostudiyasında istehsal edilmiş bu dramın rejissoru Zeynəb Kazımova, operatoru Əsgər İsmayılov, rəssamı Məmmədağa Hüseynov, bəstəkarı Zakir Bağırov olub. Dövlət Film Fondunda Zeynəb Kazımovanın 110 illik yubileyinə hazırlıq tədbirləri zamanı aşkarlanıb ki, 1968-ci ildə Moskvada çap edilmiş “Sovet bədii filmləri. Annotasiyalı kataloq”un 4-cü cildində yazıldığına görə, kinorejissor həmin adda ikihissəli qısametrajlı bədii film çəkibmiş. Axtarışa başlanıb və ekran əsərinin yeganə nüsxəsi Naxçıvan Dövlət Film Fondunun bazasından tapılaraq, Bakıda elektronlaşdırılıb. Qəribəsi budur ki, ötən onilliklərdə “Axırıncı namaz”ın adına Azərbaycanda kino haqqında hazırlanmış heç bir kataloq və ya siyahıda rast gəlinməyib.

Cəhalətin tənqidi və fırıldaqçı mollaların ifşası mövzusunda olan dram cəmi 17 dəqiqədən ibarətdir. Tacirlik edən əri Şahbalanın yetim bir qızı qaçırıb onun üstünə günü gətirməsini istəməyən Xeyransa kələkbaz Molla Müştəbadan dua yazmasını istəyir. O isə həm Xeyransa üçün dua yazıb nəzir-niyazını alır, həm də şorgöz tacirin xahişi ilə onun üçün Səriyyə ilə saxta kəbin kəsir. Əvəzində isə sövdələşirlər ki, mollanın camaatdan aldığı qənd, çay və digər nəzirlər Şahbalanın dükanında “xırıd” edilsin. Mollaya qulluqçuluq edən qohumu Şəmsiyyə bunu kənd camaatına xəbər verir və fırıldaqçılar ifşa olunub gülüş hədəfinə çevrilirlər...

P.S: Qeyd edək ki, bu il unudulmaz aktrisa Ətayə Əliyevanın 105 yaşı tamam olur. Onun iştirakı ilə çəkilmiş “Axırıncı namaz” qısametrajlı bədii filminə isə oxucularımız populyar “YouTube” internet platforması vasitəsi ilə baxa bilərlər.

Ə.NƏCƏFXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Aprel 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see379

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see289

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see278

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see257

Aqrar inkişafın yeni mərhələsi və ADAU nun tarixi missiyası

21 Avqust 2026 23:22see242

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see235

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see232

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see197

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see183

Ankarada mədəndə uçqun: yaralı sayı artdı

21 Avqust 2026 23:24see183

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see179

Günün fotosu: “Yabanı giləmeyvələr”in qara və yoğun tüstüsü

22 Avqust 2026 01:05see170

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see167

Təqaüd yaşını yox, təqaüdlərin kəskin artırılmasını müzakirə etməliyik Natiq Cəfərli

22 Avqust 2026 12:28see167

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

22 Avqust 2026 01:44see165

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see163

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

22 Avqust 2026 01:43see162

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see161

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see159

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri