Icma.az
close
up
RU
İtkin şəhid Azər Bayramov Suraxanı rayonunda dəfn edilib

İtkin şəhid Azər Bayramov Suraxanı rayonunda dəfn edilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 29 oktyabr, AZƏRTAC

Bu gün Birinci Qarabağ müharibəsinin itkin şəhidi Azər Zirəddin oğlu Bayramovun paytaxtın Suraxanı rayonu ərazisində yerləşən “Dədə Qorqud” qəbiristanlığındakı Şəhidlər xiyabanında dəfn mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, mərhumun yaxınları, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra din xadimləri tərəfindən “Qurani-Kərim”dən ayələr oxunub, şəhidin ruhuna dualar edilib.

İtkin şəhid Azər Bayramovun nəşi dərin ehtiramla torpağa tapşırılıb, onun məzarı üzərinə gül dəstələri düzülüb, ailəsinə başsağlığı verilib.

Dəfn mərasimində Azərbaycanın igid, qəhrəman oğullarının döyüş meydanlarında göstərdikləri şücaətlərdən, Vətən müharibəsində əldə olunan şanlı Qələbədən danışılıb. Bildirilib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyəti və siyasi iradəsi ilə Azərbaycan düşmənə qalib gəlməklə ilahi ədaləti bərpa edib, 30 illik Vətən həsrətinə son qoyulub. Hazırda işğaldan azad olunan torpaqlarımız bir-birinin ardınca surətli şəkildə yenidən qurulur və soydaşlarımız Qarabağda azad, təhlükəsizlik şəraitdə yaşamağa başlayıblar.

Mərasimdə itkin şəhidin yaxınları da vurğulayıblar ki, Azər Bayramovun 33 ildən sonra tapılaraq dəfn olunması həm ailəsi, həm də bütün xalqımız üçün dərin kədərlə yanaşı, həm də qürur hissi doğurur. Onun qəhrəmanlığı, Vətən uğrunda fədakarlığı heç vaxt unudulmayacaq, adı daim ehtiramla anılacaq.

Həmçinin qeyd edilib ki, Azərbaycan xalqı qəhrəmanları hər zaman uca tutur. Onların göstərdikləri igidlik sayəsində bu gün ölkəmiz müstəqil, qüdrətli və qalib bir dövlət kimi inkişaf edir.

Eyni zamanda, vurğulanıb ki, Azərbaycan dövləti şəhid ailələrinin sosial müdafiəsini daim diqqət mərkəzində saxlayır, onların rifahı üçün ardıcıl tədbirlər həyata keçirilir. Şəhidlərimizin müqəddəs xatirəsi isə yaddaşlarda əbədi yaşayacaq.

Qeyd edək ki, Azər Bayramov 1973-cü il iyunun 24-də anadan olub. Onun 1992-ci il mayın 8-də Şuşa şəhərində itkin düşdüyü güman olunurdu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Oktyabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see133

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see133

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see133

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see133

Gələcək investisiya siyasətinin əsas istiqamətlərindən biri

29 Sentyabr 2026 12:13see132

Bakı forumunda Prezident İlham Əliyevin investorlara mesajı ŞƏRH

29 Sentyabr 2026 12:13see132

Sənaye Sİ ə güvənməyə hazırdır

29 Sentyabr 2026 12:19see131

Zülfünün Vətənə sevgisi ŞƏRH

29 Sentyabr 2026 09:40see130

FHN: Dənizdə batdığı ehtimal edilən 3 nəfərin axtarışları davam edir

29 Sentyabr 2026 11:58see129

Bakıda piyada özünü avtomobilin önünə atdı VİDEO

29 Sentyabr 2026 11:58see129

Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi

29 Sentyabr 2026 10:21see129

Hava kəskin dəyişir Güclü külək, leysan...

29 Sentyabr 2026 08:37see128

Aralarında yaranan pul borcu faciə ilə bitdi TƏFƏRRÜAT VİDEO

29 Sentyabr 2026 09:50see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri