Icma.az
close
up
RU
İzzət Bağırov niyə Almaxanımın toyunu tez tərk etdi?

İzzət Bağırov niyə Almaxanımın toyunu tez tərk etdi?

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Müğənni İzzət Bağırov bacısı qızı, xanəndə Almaxanım Əhmədlinin toyunu niyə tez tərk etməsinə aydınlıq gətirib. 
Axşam.az xəbər verir ki, bu barədə ifaçı "Həftənin qonağı" verilişində danışıb. O, vurğulayıb ki, toyun olacağından xəbəri olmayıb:
"Bu sualı Almaxanıma verin. Mənim heç toydan xəbərim yox idi. Toy danışılmışdı, ondan sonra bildim ki, məclisdir. Bacım mənə zəng vuranda, söylədim ki, bəs bunu mənə deyin də. Axı mən toy danışmışam. Mən də toy yiyəsinə dedim ki, behinizi ikiqat qaytarım mənim bacım qızının toyudur, orada iştirak etməliyəm. Cavab verdi ki, yox, əhdim var. Bəyin atasının toyunda mən oxumuşdum. O, da deyib ki, 26 il əvvəl toyumda sən oxumusan, indi də oğlumun şad günüdür, sən ifa etməlisən. Elə toylar çox olur, kiçik məclisində oxumuşam, böyük toyuna çağırırlar. Ya öz toyunda olmuşam, indi oğlunun məclisidir, çağırırlar. Dedi, bilirəm, Almaxanımın toyudur. Mənim qardaşımı da  Vüqar Əhməd (şair, Almaxanımın atası - red.) çağırıb. Söylədi ki, icazə verərəm o toya 1 saat gedib-gələrsən, bizi incitmə. Cavab verdim ki, baş üstə.
Toy günü saat 9-da dedim ki, mən gedim. O saata qədər də dayanmadan oxumuşam ki, toy yiyəsinin gözünü yorum, ordakılar da məndən bezsinlər, gedə bilim, deməsinlər, İzzət harada qaldı, gəlmədi. Özümlə 2 ifaçı da aprmışdım. Onlara dedim ki, oxuyun, gəlirəm. Maşına minib məclisə gəldim, bibaşa səhənəyə getdim. Söz verdilər, danışdım, tez oxudum, təbrik etdim, qohumlarla görüşdüm, qayıtdım. 15 dəqiqə oxudum, 35-40 dəqiqə toyda oldum. Hamı da qohum, tanış çoxdur, onlarla görüşdüm. Bir də gördüm ki, artıq çıxmalıyam. Vüqarla aramız pis deyildi, amma bilmirəm toyu niyə Elçin Hüseynov apardı. İstəkləri elə olub ki, o aparsın. Nə deyə bilərəm? Aramız pis olsa, toya getməzdim. Sadəcə mənə deməmişdilər. Söylədiklər Elçin aparacaq məclisi. Elçin deyib ki, aparıcı mən olacağam, onun bir dayısı da mənəm. Mən də müdaxilə etmədim.
İncimədim, ürəkləri belə istəyib. Güclə deyə bilmərəm ki, toyu mən aparım. Hamı danışdı bu barədə, amma günahkar mən deyildim. Mən heç vaxt onların işinə qarışmamışam. Tahirə (İzzətin bacısı oğlu - red.) qarışa bilərəm, çünki ona atalıq etmişəm. Amma Almaxanıma qarışa bilmərəm. Birinci atası var, ikinci də həyat yoldaşı .Bütün işlərini atası həll edir. Bir ara o atasız heç yerə getmirdi. İndi həyat yoldaşı Murad onu əvəz edir. Onların sənət, özəl həyatlarına müdaxilə etmirəm. Belə şeyləri xoşlamıram. Mənim himayəmdə olmayan adamın işinə qarışa bilmərəm". 
 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Aprel 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri