Jorj Kaşkilya: Məqsədimiz 1 xal qazanmaq idi, ona da nail olduq
Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"İmişli" Misli Premyer Liqasının 16-cı turunda səfərdə "Zirə" ilə 0:0 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Jorj Kaşkilya oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:
"Hər iki komanda üçün çox çətin oyun oldu. "Zirə"nin topla üstünlüyü olsa da, taktiki cəhətədən hazır idik. Müdafiəni yaxşı qurmuşduq. "Zirə" iki təhlükəli vəziyyəti standart vəziyyətlərdən yaratdı. Bilirdik ki, rəqib fiziki cəhətdən güclüdür. İki təhlükəli künc zərbəsindən savayı, "Zirə" bizim qapımıza yaxınlaşa bilmədi. Bu da onu göstərir ki, matça taktiki cəhətdən yaxşı hazırlaşmışdıq. İkinci hissədə gözləyirdik ki, "Zirə" intensiv hücumlar edəcək. Onların oyunçuları fiziki və fərdi keyfiyyətə görə üstündür. Rəqib qol vurmaq istəyirdi. 70-ci dəqiqəyə qədər onlar pressinq edirdi. Bizim oyunçular daha yorğun görünürdü. Çünki bundan əvvəlki matçımız çox çətin şəraitdə keçdi. "Zirə" ilə oyuna hazırlaşmaq üçün 4 günümüz var idi. Çempionatın bu fazasında 4 günə oyuna hazırlaşmaq çox çətindir. "Zirə"nin isə 6 gün vaxtı var idi. Onlar qol urmaq istəyirdi. Bu cür rəqibə qarşı 1 xala görə müdafiə olunduq. Bunu müvəffəqiyyətlə etdik. İkinci hissədə məqsədimiz 1 xal qazanmaq idi, ona da nail olduq.
Mirbağırağa
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 20 Dekabr 2025 19:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















