Icma.az
close
up
RU
Jurnalist yeni brendini yaratdı VİDEO/FOTOLAR

Jurnalist yeni brendini yaratdı VİDEO/FOTOLAR

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Tanınmış jurnalist Arifə Əliyeva fəaliyyət sahəsini genişləndirərək moda və dizayn istiqamətində yeni layihəsini təqdim edib.
Demokrat.az
xəbər verir ki, onun yaratdığı "ARİFA” brendi artıq "Xurcun” adlanan ilk kolleksiyası ilə diqqət çəkməyə başlayıb.
Arifə Əliyeva bizimlə söhbətində bildirib ki, kolleksiyanın əsas ideyası Azərbaycan milli ornamentlərini müasir gündəlik dəbə daşımaqdır:
"Dizaynlarda XII əsr Qərb xalçaçılıq məktəbinin ornamentlərindən istifadə etmişik. İstədik ki, insanlar sadəcə geyim almasın, həm də onun üzərindəki simvolların tarixini və mənasını hiss etsinlər. Bu səbəbdən hər məhsulun çantasına ornamentlərin izahı ilə bağlı xüsusi açıqcalar yerləşdirmişik. Mənim üçün bu layihə sadəcə moda deyil, milli irsin müasir təqdimatıdır”.
O bildirib ki, kolleksiya artıq ölkənin tanınmış simalarının da marağına səbəb olub:
"İlk gündən çox maraqlı reaksiyalar alırıq. Xüsusilə iş xanımı Ruhi Əliyeva kolleksiyaya böyük maraq göstərdi. O, məhsullardan seçim edərək hər modeldən iki ədəd aldı və bunu sosial şəbəkə hesabında paylaşdı. Bu da bizi daha da motivasiya etdi. Sevindirici haldır ki, Dünya Şəhərsalma Forumu ilə əlaqədar Azərbaycana gələn əcnəbilər də layihəmizə böyük maraq göstərdi və "Xurcun” kolleksiyasına aid məhsullardan aldı”
Arifə Əliyeva diqqət çəkən başqa bir məqama da aydınlıq gətirib. Belə ki, "Xurcun” kolleksiyasını ictimaiyyətə təqdim edən model də məhz özü olub. O deyib ki, bu seçim təsadüfi deyil:
"Bu layihə mənim öz ideyamdır və mən ona bütün varlığımla bağlıyam. Hiss etdim ki, bu kolleksiyanı ən doğru şəkildə yenə də özüm təqdim edə bilərəm. Çünki burada sadəcə geyimdən söhbət getmir, hər ornamentin, hər detalın bir ruhu və hekayəsi var. Onu təqdim edən insan da bunu daxilən hiss etməlidir. Mən istəyirdim ki, insanlar geyimlə yanaşı, həmin duyğunu da görsünlər”.
Arifə Əliyeva yaxın günlərdə layihənin geniş təqdimatının keçiriləcəyini də açıqlayıb:
"Hazırda bəzi texniki məsələlərin tamamlanmasını gözləyirik. Ardınca "ARİFA" brendinin və "Xurcun" kolleksiyasının geniş təqdimatı baş tutacaq. Bununla bağlı xüsusi videoroliyimiz də artıq hazırdır. Çox yaxın zamanda ictimaiyyətə təqdim ediləcək”.
Brend rəhbəri qeyd edib ki, "ARİFA” yalnız bir kolleksiya ilə məhdudlaşmayacaq:
"Bu, başlanğıcdır. Qarşıdakı dövrdə yeni kolleksiyalar təqdim olunacaq. Məqsədimiz Azərbaycan ornamentlərini və milli estetik elementləri fərqli konseptlərlə yaşatmaq və onları beynəlxalq moda dilinə daşımaqdır”.
Sonda qeyd edək ki, Arifə Əliyeva yalnız media və biznes sahəsindəki fəaliyyəti ilə deyil, şəxsi inkişafına verdiyi önəmlə də diqqət çəkir. O, yaradıcılıq və sahibkarlıq fəaliyyətini davam etdirməklə yanaşı, hazırda Azərbaycan Dövlət İqtisad Universitetində ikinci ali təhsil alaraq bilik və peşəkar bacarıqlarını daha da inkişaf etdirir.
Brend sosial şəbəkələrdə:
Tik-Tok səhifəsi
İnstagram səhifəsi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 May 2026 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri