Kadırova daha bir zərbə: yenə rədd edildi
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Suriyanın yeni hökuməti Rusiya nümayəndə heyətini qəbul etməkdən imtina edib.
Globalinfo.az xəbər verir ki, məlumatı Rusiya Teleqram kanalları yayıb.
Buna səbəb Rusiya nümayəndə heyətinin tərkibində Çeçenistan rəhbəri Ramzan Kadırovun qohumlarının yer alması olub.
Rusiya Teleqram kanalları yazırlar ki, fevrala qədər Kreml Suriyadakı kontingentini 90% azalda bilər. Tartus və Hmeymimdə çox az sayda hərbçinin saxlanılacağı vurğulanıb.
Qərb mətbuatı da artıq Rusiyanın bu ərazilərdəki şəxsi heyətini çıxartmağı sürətləndirdiyini yazıb. Buna səbəb Suriya ordusu və ələvi qruplaşmaları arasında Rusiyanın hərbi obyektləri yaxınlığında toqquşmaların artması olub.
Qeyd edək ki, bir qədər əvvəl R.Kadırov AZAL təyyarəsinin Qroznıda vurulmasına görə Bakıya “kömək” təklif edib, lakin rədd cavabı alıb.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 28 Dekabr 2024 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















