Icma.az
close
up
RU
Kahramanmaraş zəlzələsindən 3 il keçir

Kahramanmaraş zəlzələsindən 3 il keçir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Təbii fəlakətin yıxdığı şəhər qardaşlığın gücü ilə dikəldildi

6 fevral 2023-cü il. Həmin gün Türk dünyasını sarsıdan amansız təbii fəlakət baş verdi. Soyuq, şaxtalı bir gündə Türkiyənin cənub-şərqində yerləşən Kahramanmaraş bölgəsində bir-birinin ardınca episentri 7,4 və 7,6 bal olan güclü zəlzələ bütöv bir şəhərin altını üstünə çevirdi. Həlak olanların və xəsarət alanların acısı Azərbaycanı da ayağa qaldırdı, qardaş ölkə ilə dərd ortaqlığı yaşadıq.

Zəlzələdən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin operativ tapşırıqları ilə Türkiyəyə özünü çatdıran ilk xarici heyət də Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndələri oldu. Təcili yardıma 41-i tibb işçisi daxil olmaqla 725 nəfər göndərdi. Komandalar fevralın 6-da Türkiyəyə gələrək həm axtarış-xilasetmə, həm də digər fəaliyyətlərdə iştirak etdilər. Martın ilk həftəsinə kimi vəzifələrini davam etdirən azərbaycanlı axtarış-xilasetmə mütəxəssisləri Türkiyəni tərk edən sonuncu komanda oldu. Nümayəndələrimiz 53 nəfəri dağıntılar altından xilas etdilər.

O zaman Azərbaycan Prezidenti İlham Əliyevin qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanlanan başsağlığında deyilirdi: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik”.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım etdi: “Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm”.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Fond tərəfindən qardaş ölkəyə humanitar yardımlar da göndərildi. Fondun Türkiyəyə ezam edilən əməkdaşları xüsusi təyyarə ilə faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimatlar və avadanlıqlar, eləcə də isti geyimlərlə humanitar yardım çatdırdılar.

Dünyada az ölkə olar ki, Azərbaycan ilə Türkiyə qədər bir-birinə yaxın, yaxşı və pis gündə bir yerdə olsunlar. Həmin günlərdə Azərbaycanın göstərdiyi qardaşlıq yardımı iki ölkə arasında münasibətlərin necə dərin olmasından xəbər verirdi. Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyi” adlı platforma yaratdılar. Bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərirdilər.

Türkiyə zəlzələdən sarsılsa da, ayaqda durmağa özündə güc tapdı və bu sınaqdan da üzüağ çıxdı. Zəlzələ bölgəsində quruculuq işlərinə başlanıldı. Ölkələrimiz arasında hərtərəfli əməkdaşlıq daha da genişləndirildi. Azərbaycan dövləti dayanıqlı sosial layihələrə əsaslanaraq daha böyük işlərə start verdi. Kahramanmaraşda 1200 mənzildən ibarət “Azərbaycan” məhəlləsi tikildi. Bu məhəllə təkcə daşdan, sementdən, armaturdan ibarət deyil – burada xalqın sevgisi, dövləti təmsil edən iradə, qardaşlıq ruhu ucaldı. Məhəllədə məktəb, uşaq bağçası, park və digər sosial obyektlər inşa olundu.

Ötən il iyunun 19-da yeni tarix yazıldı. Zaman və məkan fərqi olmadan hər zaman bir-birinə dayaq olan, eyni ağrını bölüşən, eyni sevincə sevinən iki dövlət – Azərbaycan və Türkiyə, bu dəfə Kahramanmaraşda qürurverici bir tabloya imza atdı. Bu layihə Azərbaycanın qardaşlıq və humanist dəyərlərə verdiyi yüksək əhəmiyyətin parlaq təcəssümüdür. Açılış mərasimi, sadəcə, rəsmi mərasim deyildi. Bu, bir millətin iki dövlət olduğunun sübutu idi. Burada hər çıxış, səslənən hər çağırış, hər bayraq qürurun, sevginin və həmrəyliyin dilində danışırdı.

Açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev qardaşlıq mesajını bir cümlə ilə bütün dünyaya çatdırdı: “Sizin 10 milyon, bizim də 80 milyonluq qardaşımız var. Yaşasın, Türkiyə–Azərbaycan Birliyi, Qardaşlığı!”. Bu sözlər tədbirdə iştirak edən Türkiyə vətəndaşları tərəfindən ayaqüstə, alqışlarla qarşılandı. İzdiham arasından yüksələn səslər isə bu birliyi daha da gücləndirdi: “Qarabağ Fatehi!”

Türkiyəli vətəndaşlarının Prezident İlham Əliyevə səmimi müraciəti qürur dolu anlar yaşatdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bu birliyi, sözün əsl mənasında, əfsanəyə çevirdi: “Eyni bayrağın kölgəsində dua edən, eyni namazlıqda göz yaşı tökən, eyni istiqlal üçün can verən bir millətin iki dövləti, tək ürək daşıyan övladlarıyıq!”. Bu ifadə bir taleyin, tarixə yazılmış vəhdətin təsviri idi.

Türkiyə lideri, eyni zamanda, Azərbaycan Prezidentinə xüsusi təşəkkürünü də çatdırdı: “Azərbaycanlı qardaşlarımız zəlzələ günü bizə necə könül qapılarını açdısa, bu gün də Kahramanmaraşda bizə ev tikərək qəlblərinə buyur etdilər. Prezident İlham Əliyevə və Azərbaycan xalqına xüsusi təşəkkür edirəm. Bu qardaşlıq tarixə yazıldı!”

Kahramanmaraşda tikilən “Azərbaycan” məhəlləsi yüzlərlə ailənin isti ocağına, iki dövlət arasındakı əbədi qardaşlığın simvoluna çevrildi. Yaşayış kompleksindəki binaların üzərində Azərbaycan və Türkiyə bayraqları yanaşı dalğalanır. Binaların girişində “Azərbaycan xalqından Türkiyə xalqına sevgi ilə” mesajı yazılıb. Qardaşlıq təkcə siyasət deyil, ruh məsələsidir. “Azərbaycan” məhəlləsi bir layihə olsa da, onun daşıdığı mənəvi dəyər ölçülə bilməz. Bu, bir millətin yaşadığı ruhdur. Kahramanmaraşda tikilən hər evdə, qaldırılan hər divarda Azərbaycanın ürəyi döyünür.

Kahramanmaraşda “Azərbaycan” məhəlləsində gəzərkən insanlar bir həqiqəti dərk edirlər: əsl dost dar gündə tanınar. Azərbaycan çətin gündə Türkiyənin yanında olduğunu bir daha sübut etdi. Zəlzələnin yıxdığı şəhər qardaşlığın qadir gücü ilə dikəldildi.

Nurəngiz ADİLQIZI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Fevral 2026 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1187

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see455

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see359

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see359

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see356

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see352

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see310

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see287

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see256

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see230

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see207

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see206

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see202

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see201

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see198

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see193

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see188

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see178

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see175

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri