Kaliforniyadakı yanğınlar 150 milyard ziyan vurub FOTO
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kaliforniyada yanğınlar nəticəsində dəyən ziyan 135-150 milyard dollara çatıb.
Bakupost.az xəbər verir ki, bu barədə “AccuWeather” xidməti məlumat yayıb.
Məlumatda Los-Ancelesə dəyən ziyanın və iqtisadi itkilərin 135-150 milyard dollar aralığında olacağını təxmin etdiklərini bildirib.
İndiyə olan məlumata görə, yanğınlar nəticəsində ən azı 10 nəfər ölüb.
Rəsmilərə görə, yanğın nəticəsində bu həftə 10,000-dən çox ev, bina və digər tikililər yanıb.
Saysız-hesabsız evlər külə çevrilməkdə davam edir. Alovlar 150,000-ə yaxın insanın təxliyəsinə səbəb olub.
Yanğınsöndürmə rəsmiləri yanğınların səbəblərini hələ bilmədiklərini, lakin fəal şəkildə araşdırma apardıqlarını deyirlər.
Los-Anceles dairəsinin şerifi Robert Luna bildirib ki, yanğınlar onun indiyədək gördüyü ən pis yanğınlardan biridir. “Bu ərazilərə sanki atom bombası atılıb”.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 10 Yanvar 2025 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















