“Kalininqrad məsələsində ambisiyalarınızı boğun” Peskov
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Avropa ölkələri Kalininqrad vilayəti ilə bağlı məsələdə ambisiyalarını boğmalıdırlar”.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu bəyanatla Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.
“Burada ehtirasları sakitləşdirmək lazımdır. Avropada hər kəs anlamalıdır ki, bu, Rusiya Federasiyasının ayrılmaz hissəsidir. Rusiya heç vaxt kiminsə bu əraziyə qəsd etməsinə yol verməyəcək. Moskva Kalininqrad vilayətinə təzyiq göstərmək cəhdlərini qəbuledilməz hesab edir. Avropanın hərbiləşməsi fonunda Rusiya tərəfi bu məsələdə öz mövqeyini əvvəlcədən dəqiq bəyan etməyi vacib sayır”.
Qeyd edək ki, bundan əvvəl “Reuters” agentliyi Rusiyanın Kalininqrad vilayətini təcrid etmək cəhdi olacağı təqdirdə nüvə silahından istifadə etməyə hazır olması ilə bağlı NATO-ya diplomatik nota göndərdiyini iddia etmişdi. Məlumata görə, Moskva bu məktubda alyansı birbaşa silahlı münaqişə riski yaradan “təhlükəli və məsuliyyətsiz kurs” yürütməkdə ittiham edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 01 Oktyabr 2026 19:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















