Icma.az
close
up
RU
Kamran Əliyev iclas keçirdi Foto

Kamran Əliyev iclas keçirdi Foto

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Sentyabrın 17-də Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclası giriş nitqi ilə açan Baş prokuror, Elmi-Məsləhət Şurasının sədri Kamran Əliyev xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir Azərbaycan dövlətçilik konsepsiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni reallıqlar və çağırışlar nəzərə alınmaqla ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyini bildirib.

Qeyd olunub ki, ölkənin siyasi, iqtisadi və institusional potensialının gücləndirilməsi, milli maraqların və dövlət suverenliyinin etibarlı müdafiəsi, qanunun aliliyinin və insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasət hüquq sisteminin qarşısında da yeni vəzifələr müəyyənləşdirir.

Baş prokuror Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra davamlı sülhün və regional sabitliyin möhkəmləndirilməsi, azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin və Böyük Qayıdış prosesinin davam etdirilməsi, habelə cinayətkarlıqla mübarizənin səmərəliliyinin artırılmasının əsas prioritetlər sırasında olduğunu diqqətə çatdırıb.

Eyni zamanda Azərbaycanın beynəlxalq tərəfdaşlıq gündəliyinin genişlənməsi, o cümlədən dünyanın aparıcı dövlətləri ilə, habelə Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin dərinləşdirilməsi diqqətə çatdırılıb.

Baş prokuror, həmçinin, dövlət səviyyəsində rəqəmsal inkişafın və innovasiyaların prioritet istiqamət kimi müəyyənləşdirildiyini qeyd edərək, Prezident İlham Əliyevin 27 fevral 2026-cı il tarixli Fərmanı ilə Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılmasının və 2026–2028-ci illər üçün rəqəmsal inkişaf üzrə Fəaliyyət Planının təsdiq edilməsinin bu sahədə vahid dövlət siyasətinin institusional əsaslarını gücləndirdiyini bildirib.

Qeyd olunub ki, müasir dövrdə ictimai münasibətlərin, texnologiyanın inkişafı və hüquqi mühitdə baş verən dəyişikliklər qanunvericiliyin və hüquq tətbiqetmə təcrübəsinin daim təkmilləşdirilməsini, yeni hüquqi məsələlərin elmi və praktiki baxımdan araşdırılmasını zəruri edir. Bu baxımdan Elmi-Məsləhət Şurası aktual hüquqi məsələlərin müzakirəsi və müvafiq təkliflərin hazırlanması istiqamətində mühüm platforma kimi fəaliyyət göstərir.

İclasın gündəliyinə uyğun olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi Natiq Eyvazov cinayət qanunvericiliyində gəlir anlayışının və cinayət nəticəsində əldə edilmiş gəlirin hesablanması meyarlarının müəyyən edilməsi, Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi Teymur Qarayev məhkəmə ekspertizası sahəsində mövcud problemlər və onların həlli yolları, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Elşən Albəndov məhkəmə ekspertizası fəaliyyətinin müasir tələblərə uyğun təkmilləşdirilməsi, ekspertiza tədqiqatlarının keyfiyyətinin və obyektivliyinin artırılması, Baş Prokurorluğun idarə rəisi Erkin Əlixanov vergi yoxlaması nəticəsində qəbul edilmiş inzibati qərarın qüvvəyə minməsi və həmin qərarlardan şikayət verilməsi ilə bağlı prosessual müddətlərin hüquqi tənzimlənməsi, Baş Prokurorluğun idarə prokuroru Qədir Məmmədov Cinayət Məcəlləsinin 283-cü maddəsinə dövlətin konstitusiya quruluşuna, milli-mənəvi dəyərlərinə və ərazi bütövlüyünə qarşı yönəlmiş əməllərlə bağlı müddəaların əlavə edilməsi, Baş Prokurorluğun idarə prokuroru Emin Cəlilov xüsusi müsadirənin icrası prosesində mövcud problemlər və prokurorluğun bu sahədə iştirakı ilə bağlı məruzələrlə çıxış ediblər.

Bundan başqa Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin idarə rəisinin müavini Tural Vəlibəyov “Antikorrupsiya komplayens (uyğunluq) funksiyası”, Baş Prokurorluğun idarə prokuroru Elmar Bayramov “Cinayət işlərinin ibtidai istintaqında rəqəmsal kriminalistikanın tətbiqi imkanları”, Baş Prokurorluğun idarə prokuroru Qoşqar Əhmədov isə “2024–2025-ci illərdə baş vermiş yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması hadisələri üzrə daxili işlər orqanlarında istintaq edilmiş cinayət faktlarının təhlilinə dair” metodiki vəsaitləri təqdim ediblər.

Müzakirələr zamanı gündəlikdə məsələlər üzrə hüquq tətbiqetmə təcrübəsində meydana çıxan məsələlər nəzərdən keçirilib. Eyni zamanda rəqəmsal kriminalistikanın imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Gündəlikdə yer alan məsələlərin müzakirəsində Konstitusiya Məhkəməsinin hakimi Fərhad Tutayuk, Konstitusiya Məhkəməsinin Cinayət və inzibati hüquq şöbəsinin müdiri Tahir Kazımov, Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin dekanı Ayxan Rüstəmzadə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov, Beynəlxalq Hüquqi Təhqiqatlar Təşkilatının prezidenti, “Hüquqi elmlər və təhsil” jurnalının baş redaktoru Cavanşir Süleymanov, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İlhamə Həsənova və Şuranın digər üzvləri çıxış edərək hüquq tətbiqetmə təcrübəsinin təkmilləşdirilməsi və elmi tədqiqatların nəticələrinin qanunvericilik və hüquq-mühafizə fəaliyyətinə tətbiqinin genişləndirilməsi ilə bağlı fikir və təkliflərini bildiriblər.

İclasa yekun vuran Baş prokuror müzakirə olunan məsələlərin aktuallığını və praktiki əhəmiyyətini vurğulayaraq, Şura üzvləri tərəfindən irəli sürülmüş təkliflərin nəzərə alınmaqla hüquq tətbiqetmə təcrübəsinin, zəruri hallarda qanunvericiliyin təkmilləşdirilməsi və elmi-praktiki nəticələrin müvafiq fəaliyyət istiqamətlərində tətbiqi üzrə tədbirlərin görülməsinin vacibliyini qeyd edib.




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 Sentyabr 2026 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see309

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see270

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see255

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see253

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see248

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see239

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see221

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see219

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see216

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see215

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see215

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see215

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see215

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see206

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see205

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see202

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see201

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see198

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see192

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri