Kamran Əliyev: Təyyarə qəzası ilə bağlı hazırda genişmiqyaslı istintaq tədbirləri həyata keçirilir
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Təyyarə qəzası ilə bağlı hazırda Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən genişmiqyaslı istintaq tədbirləri həyata keçirilir.
APA xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən Kollegiya iclasında Baş prokuror Kamran Əliyev bildirilib.
Qeyd olunub ki, təyyarə qəzasının baş verməsindən dərhal sonra Prezident İlham Əliyevin göstərişi əsasında hadisə yerinə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının yüksək vəzifəli şəxsləri və qəza nəticəsində xəsarət almış vətəndaşlarımıza təxirəsalınmaz və ixtisaslaşmış tibbi, habelə psixoloji yardımın göstərilməsinin təmini məqsədilə zəruri tibbi avadanlıqlarla təchiz olunmuş həkim heyəti ezam olunub. Hadisənin araşdırılması ilə bağlı Dövlət Komissiyası yaradılıb, bundan əlavə ölkə rəhbəri tərəfindən xəsarət almış vətəndaşlarımızın ölkəmizə təxliyə edilməsi, onların ölkəmizdə müalicəsinin davam etdirilməsi məqsədilə zəruri şəraitin yaradılması, həlak olmuş şəxslərin nəşlərinin gətirilməsi, zərərçəkmiş şəxslərə və onların ailə üzvlərinə xüsusi diqqət və qayğı göstərilməsi barədə müvafiq tapşırıqlar verilib:
"Eyni zamanda məlumat verilib ki, hadisə baş verdikdən sonra Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılmış və hazırda İstintaq idarəsi tərəfindən genişmiqyaslı istintaq tədbirləri həyata keçirilir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 28 Dekabr 2024 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















