Kamran İbrahimov: Onlara qarşı oynamaq nostalji hisslər yaratdı
sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Neftçi" ilə matçda çox yaxşı mübarizə apardıq. Hər iki komanda qələbə üçün əlindən gələni etsə də, sonda heç-heçə qeydə alındı". Bu sözləri Sport24.az-a açıqlamasında "Karvan-Yevlax"ın qapıçısı Kamran İbrahimov deyib.
İbrahimov Misli Premyer Liqasının 6-cı turunda baş tutan "Neftçi" ilə matç barədə danışıb:
"Futbolda ilk addımlarımı "Neftçi"nin Futbol Akademiyasında atmışam. Peşəkar futbola da orda başlamışam. Keçmiş komandamda bəzi futbolçularla bu gün də əlaqəm var. Onlara qarşı oynamaq nostalji hisslər yaratdı. Mənim üçün yadda qalan oyun oldu. Hər matça necə hazırlaşırdımsa, bu oyuna da eyni hazırlaşmışdım. Hazırda "Karvan-Yevlax"ın futbolçusuyam, bu komandanın çörəyini yeyirəm. Ona görə də klubun uğur qazanması üçün əlimdən gələni edirəm".
İbrahimov növbəti turda qarşılaşacaqları "Sabah"la matçdan gözləntilərini açıqlayıb:
"Sabah" yaxşı komandadır. "Neftçi" kimi gücü hamıya bəllidir. Amma Masazır təmsilçisindən də xal almaq olar. "Neftçi" ilə oyundakı kimi mübarizə aparsaq rəqibdən xal və ya xallar alacağıq".
Qeyd edək ki, "Karvan-Yevlax" Misli Premyer Liqasında 6 turdan sonra 5 xalla 10-cu pillədədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 01 Oktyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















