Kamran İbrahimov: “Bəylik kürsümə asılan bayrağı Hadrutdakı yüksəkliyə sancdıq“ VİDEO
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Vətən müharibəsi qazisi, ehtiyatda olan xüsusi təyinatlı qüvvələrin əməkdaşı Kamran İbrahimov Hadrut istiqamətindəki döyüş əməliyyatında iştirak edərkən yaşadıqlarını danışıb.
Baku TV-yə müsahibə verən K.İbrahimovun sözlərinə görə, əməliyyat zamanı əsas məqsəd Hadruta giriş istiqamətindəki yüksəkliyi ələ keçirmək olub:
"Hadrut azad edilsə də, avtomobillərimiz və texnikalarımız qəsəbəyə daxil ola bilmirdi. Ermənilər orada gizlənmişdilər. Tapşırıq gəldi ki, Hadruta giriş istiqamətindəki yüksəkliyi ələ keçirək. O yüksəklikdən Hadrut tam görünürdü. Həmin yerdə erməni qrupu mərkəzdən gələn texnikalarımızı vura bilirdilər".
Kamran İbrahimov bildirib ki, əraziyə səssiz basqın edərək düşmənin yerləşdiyi obyektə daxil olublar:
"Gördük ki, obyekt boşdur, amma qazın üstündə yeməklər isti, transformator və rabitə xətləri isə işlək vəziyyətdə idi. Başa düşdük ki, ermənilər biz əraziyə girməzdən təxminən bir saat əvvəl oranı tərk ediblər".
O, Hadrutda yaşadığı unudulmaz anı da bölüşüb:
"Ailə həyatı qurduğum zaman bəylik kürsümün arxasında asılan bayrağı həmişə çantamda daşıyırdım. Həmin bayrağı Hadrut yüksəkliyinə sancdıq".
Daha ətraflı süjetdə:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 10 Noyabr 2025 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















