Icma.az
close
up
RU
Kamran İbrahimov “Neftçi”nin qənimi oldu

Kamran İbrahimov “Neftçi”nin qənimi oldu

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Neftçi (Bakı) - Karvan-Yevlax 0:0
13. Kenan Piriç - 5,5
24. Mustafa Sek - 6,0
15. Elvin Bədəlov - 5,5
17. Murad Xaçayev - 7,0
77. Falaye Sako - 6,0
(27. Kristian Kostin, 86) - qiymətsiz
6. Sessi D’Almeyda - 5,5
(14. Edvin Kuç, 86) - qiymətsiz
8. Emin Mahmudov (k) - 5,5
(28. Alessio Kurçi, 86) - qiymətsiz
22. Luis Ortis - 6,0
(23. Cordan Rezabala, 63) - 4,5
10. Freddi Varqas - 6,5
11. İmad Faraj - 6,5
9. Bassalu Sambu - 4,5
(19. Ağadadaş Salyanski, 63) - 4,5
Ehtiyat oyunçular
1. Emil Balayev
93. Rza Cəfərov
4. Elvin Camalov
7. Emil Səfərov
47. Murad Məmmədov
1. Kamran İbrahimov - 7,0
4. Olavale Doyeni - 6,0
3. Səid İranxan - 5,5
33. Eltun Turabov - 6,5
2. Şakil Sno - 5,5
21. İmani Barker - 5,5
12. Vitor Roşa - 5,5
(10. Samuel Durrant, 64) - 4,5
6. Vadim Abdullayev (k) - 6,5
11. Kayl Spens - 5,5
(18. Süleyman Əhmədzadə, 90+5) - qiymətsiz
19. Tompson Qavi - 5,5
8. Peter Kinqs - 5,5
(14. Uğur Cahangirov, 76) - qiymətsiz
Ehtiyat oyunçular
25. Əmrah Bulud
42. İbrahim Qədirzadə
13. Vüsal Məsimov
22. Qabil Əlizadə
77. Əli Abdullayev
5. Nika Çaçaşvili
37. Mois Nqvisani
Baş məşqçi: Azər Həşimov
Komandanın ən yaxşısı: Kamran İbrahimov
Vərəqələr: K.İbrahimov, 87 (oyunun bərpasının ləngidilməsi). S.İranxan, 90+5 (qeyri-idman hərəkəti). İ.Faraj, 90+5 (qeyri-idman hərəkəti). E.Kuç, 90+7 (qeyri-idman hərəkəti). E.Mahmudov, oyundan sonra (hakimin qərarına etiraz) - sarı.
Hakimlər: KAMRANBƏY İBRAHİMOV, Asiman Əzizli, Zöhrab Abbasov, Nicat İsmayıllı (hamısı Bakı).
VAR hakimi: Fərid Hacıyev (Bakı).
VAR hakiminin köməkçisi: Nicat İsmayıllı (Bakı).
Hakim-inspektor: Babək Quliyev (Bakı).
AFFA nümayəndəsi: Bəhram Qurbanov (Bakı).
27 sentyabr. Bakı. “Palms Sports Arena”. 1200 tamaşaçı (11000 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,5.
Futbolla maraqlanan hər kəs “Neftçi”nin elitanın debütantı üzərində qələbə qazanacağını gözləyirdi. Bakılılar ötən tur “Sumqayıt”ı məğlub etməklə işlərin qaydasına düşməsiylə bağlı siqnal vermişdi. Yevlaxlılar isə son üç oyunda məğlubiyyətdən başqa nəticə tanımırdı. Ancaq Samir Abasovun “Neftçi”sinin ən cəlbedici özəlliklərindən biri də proqnozları tez-tez boşa çıxarmasıdı. Bəli, “ağ-qaralar” “Karvan-Yevlax”ı da məğlub edə bilmədi!

İlk 25 dəqiqə ərzində “Neftçi” nə qədər dominantlıq etsə də, bu üstünlüyü təhlükəli vəziyyətə çevirə bilmirdi. İlk təhlükəli vəziyyət 27-ci dəqiqədə Sekin uzaqdan zərbəsindən sonra yaşandı. Baxımlı zərbə endirən cinah müdafiəçisinin zərbəsinə vaxtilə məhz bakılıların uğurları üçün çalışan Kamran İbrahimov əla reaksiya göstərdi. 34-cü dəqiqədə “Neftçi” növbəti dəfə qola yaxınlaşdı. Sessinin qapı qarşısına hava ötürməsindən sonra Varqas başla topu Sambunun qarşısına çıxardı. Sambunun zərbəsi isə qapının üstündən keçdi. İki dəqiqə sonra Varqas yerlə qapıya hiyləgər zərbə vursa da, Kamran uzanaraq topu dəf etdi. Az sonra Faraj cərimə meydançası daxilində rəqib futbolçuları başgicəlləndirici hərəkətlərlə aldatdı, qapıya zərbəni isə Kamran çıxardı. 43-cü dəqiqədə Murad topu qəbul edərək, sol ayağı ilə qapıya əla zərbə vurdu. Bu dəfə Kamran topu çıxara bilməsə də, ən yaxşı dostu - tir onun köməyinə çatdı. Bu hücumun davamında Sako şansını yoxladı, bu dəfə Kamran özü qola mane oldu. Hissənin sonunda iti bucaq altından cərimə zərbəsi yerinə yetirən Eminin zərbəsini də Kamran çıxardı.
İkinci hissə də eyni templə başladı. “Karvan-Yevlax”ın bir neçə əks-hücum şansı olsa da, qonaqlar sanki irəli çıxmaqdan çəkinirdilər. “Neftçi” isə ikinci hissənin də təxminən 25 dəqiqəsini “boşa verdi”. Bakılıların ilk kəsərli hücum 70-ci dəqiqəyə təsadüf etdi. Varqas cinahdan rəqibləri keçərək mərkəzə yaxınlaşdı, Eminin təktoxunuşlu ötürməsi ilə top Varqasa qayıtdı, onun zərbəsini Kamran dəf etdi. Oyunun kuliminasiya nöqtəsi isə bu hücumun ardından yaşandı. Autdan sonra Faraj rəqibləri keçərək qapı qarşısına asma etdi, Rezabala başla istədiyi zərbəni endirdi, Kamran topu hokkey qapıçıları kimi çıxardı… Sanki son üç oyunda 8 qol buraxan qapıçı deyildi. 89-cu dəqiqədə Rezabala uzaqdan qapını yoxladı. Bu dəfə də qol olmamasın səbəbkarını bilirsiz – Kamran... İbrahimov bu dəfə də baxımlı seyv etdi. Oyunun son dəqiqəsində isə Ağadadaşın başla zərbəsi qapının yanından keçdi. Beləliklə, “Neftçi” meydandan 1 xalla ayrıldı. Çətin ki, “ağ-qaralar”ın fanatları belə nəticədən razı qala...
Gözdən qaçmadı
* Anım günü ilə bağlı oyundan əvvəl şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad olundu.
* 40-cı dəqiqədə Eltun Turabov “Forza Neftçi”dən təzyiq göstəməməyi xahiş etsə də, fanklub bundan sonra birbaşa Eltunun özünə təzyiq xarakterli şüarlar səsləndirdi.
* 56-cı dəqiqədə Olavale topu auta elə qüvvətlə vurdu ki, zərbədən sonra topun dəydiyi polis yerə yıxıldı.
MÜZƏFFƏR QULUZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Oktyabr 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1400

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see690

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see540

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see529

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see477

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see452

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see440

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see430

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see404

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see361

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see344

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see291

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see290

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see285

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see284
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri