Kanada ABŞ mallarına yeni tariflər tətbiq etdi
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Kanada ABŞ-dən idxal olunan yüzlərlə məhsula 15-50 faiz arasında yeni tariflər tətbiq edib.
Bakıvaxtı.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, Kanada hökuməti bir sıra Amerika polad məhsullarına tətbiq olunan idxal rüsumunu 25 faizdən 50 faizə qaldırıb.
Bundan əlavə, motosiklet, kosmetika, pendir və digər istehlak mallarına da yeni rüsumlar tətbiq olunub.
Baş nazir Mark Karni hesab edir ki, ABŞ prezidenti Donald Trampın tarif siyasətinə qarşı atılan bu addımlar Kanadanın Vaşinqtonla ticarət danışıqlarındakı mövqeyini gücləndirə bilər.
Ekspertlər yeni tariflərin Kanada ilə sıx ticarət əlaqələri olan ABŞ şirkətlərinə, xüsusilə Miçiqan və Ohayo kimi ştatlardakı ixracatçılara ciddi təsir göstərə biləcəyini bildirirlər.
Qeyd edək ki, Karni ötən il sələfi Castin Trüdonun tətbiq etdiyi bir sıra cavab tariflərini ləğv etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 08 Sentyabr 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















