Icma.az
close
up
RU
Kartdan karta dövrü geri qayıdır Bəzi ticarət obyektlərində POS terminallar niyə işləmir?

Kartdan karta dövrü geri qayıdır Bəzi ticarət obyektlərində POS terminallar niyə işləmir?

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son zamanlar ölkəmizdə nağdsız ödənişlərin təşviqi istiqamətində atılan addımlara baxmayaraq, bəzi ticarət obyektlərində POS-terminalların ya işləməməsi, ya da bilərəkdən istifadə edilməməsi halları yenidən aktuallaşıb. Müştərilərə "kartdan-karta köçürmə edin" təklifləri bir daha gündəmə gəlib. Halbuki, bir müddət əvvəl bu cür hallara qarşı Dövlət Vergi Xidməti tərəfindən ciddi nəzarət tədbirləri görülmüş, qaydaları pozan obyektlər cərimələnmişdi. İndi isə sanki vəziyyət bir qədər yumşalıb və ya nəzarət zəifləyib.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Min manatdan altı min manatadək cərimə

Dövlət Vergi Xidmətindən bildirilib ki, bu istiqamətdə tədbirlər davam etdirilir: "2025-ci ilin 8 ayında POS-terminallardan (kartdan-karta əməliyyatları daxil) istifadə ilə bağlı keçirilmiş nəzarət tədbirləri zamanı 1 143 halda qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunub. POS-terminalların tətbiqindən imtina və "kartdan-karta" köçürmə hallarının qarşısının alınması məqsədilə Dövlət Vergi Xidməti (DVX) nəzarət tədbirlərinin mütəmadi qaydada davam edir. POS-terminallar vasitəsilə həyata keçirilən ödənişlər həm şəffaflıq və təhlükəsizlik, həm də maliyyə intizamı baxımından vacibdir. Bildiririk ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" və "Elektron ticarət haqqında" Qanunlara əsasən POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə 1 000 manatdan 6 000 manatadək məbləğdə maliyyə sanksiyası tətbiq edilir".

Kimlər POS-terminal quraşdırmalıdır?

Qurumdan o da bildirilib ki, dövriyyəsindən və ərazisindən asılı olmayaraq, ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən POS-terminaldan istifadə etməlidirlər. Həmçinin dövriyyəsindən və ərazisindən asılı olmayaraq, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələrilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən POS-terminal quraşdırmağa məcburdurlar: "Rüb üzrə orta aylıq dövriyyəsi 2 000 manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri), hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri, vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları POS-terminallardan istifadə etməlidirlər".

"Dövlət-vətəndaş tərəfdaşlığı mütləqdir"

İqtisadçı-ekspert Mahmud Abasquliyev bildirib ki, hazırda ticarət müəssisələrində, əsasən də pərakəndə ticarətlə məşğul olan sahibkarların təsərrüfat subyektlərində yoxlamalar davam edir: "POS-terminalla ödənişi qəbul etməyən, müxtəlif bəhanələr gətirən sahibkarlar vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən təqvim ili ərzində qanun pozunutusuna əsasən birinci dəfə üçün 1 000 manat, ikinci dəfə üçün 3 000 manat, üçüncü və daha çox hal üçün 6 000 manat dəyərində cərimə edilir".

Ekspertin sözlərinə görə, POS-terminaldan istifadə etməyən sahibkarları daha rahat aşkarlamaq üçün dövlət-vətəndaş tərəfdaşlığı mütləqdir: "Belə ki, vətəndaş qarşılaşdığı durum barəsində anında DVX-yə məlumat verməlidir. Sahibkarları da bu işə sövq etmək lazımdır".

"Kassa çekini ləğv edə bilirlər"

Vergi qanunvericiliyi üzrə mütəxəssis Anar Bayramov da düşünür ki, bir çox sahibkarlar ticarət obyektlərində, ictimai iaşə obyektlərində, restoranlarda POS-terminalın nasaz olduğunu bildirərək ödənişi kartdan-karta ödəməklə həyata keçirməyi xahiş edirlər. Bu vergi qanunvericiliyinin tələblərinə ziddir: "Həmçinin istehlakçıların hüquqlarının qorunması haqqında" Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinin tələblərini də pozur. Qanunda da qeyd olunur ki, nağdsız ödənişləri aparmaq üçün obyektlərdə vergi ödəyiciləri POS-terminal quraşdırmalıdırlar. Amma bir çox hallarda bundan yayınırlar. Səbəb də dövriyyələrinin gizlədilməsidir. Nağd hesablaşma aparılan zaman vətəndaşa çek təqdim olunsa da, bir neçə saat sonra ödənişi ləğv edə bilir, geriqaytarma və ləğv kimi göstərir. Ayın sonunda dövriyyəsi daha az görünür. Amma POS-terminalla ödəniş etdikdə kassa çeki ləğv olunsa da, vəsait bank hesabından çıxıldığı üçün qeydiyyata alınır. Çünki vergi orqanları banklardan bu məlumatı əldə edirlər. Artıq gizlətmək mümkün olmur".

"Kartdan-karta" ödənişlər təhlükəlidir"

A.Bayramovun sözlərinə görə, Dövlət Vergi Xidməti bu kimi halların qarşısını almaq üçün operativ vergi nəzarəti tədbirləri həyata keçirir: "Bu kimi halların qarşısının alınması üçün həm cəza, həm də stimullaşdırıcı tədbirlər nəzərdə tutulur. Əgər nağdsız ödənişlərin həcmi çox olarsa, vergi endirimləri, güzəştlər qanunda öz əksini tapıb. Müştərilər də nağdsız ödəniş etdikdə onlara 17.5 faiz ƏDV gəlir. Amma hələ də bir çox hallarda sahibkarlar vergidən yayınırlar. Vətəndaşın hüququdur ki, sahibkardan POS-terminal tələb etsin. Çünki "kartdan-karta" ödənişlər təhlükəlidir. Bəzən ödəniş vətəndaşın hesabından çıxır, amma texniki nasazlıq səbəbindən satıcının hesabına oturmur. Yaxud vətəndaş kart nömrəsi yazarkən işarədə səhvə yol verir, başqa hesaba pul köçürmüş olur. Amma satıcı israrla ödənişi tələb edir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 Sentyabr 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri