Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Karvan hələ yarıyolda, sarvan da həmin sarvan dır

Karvan hələ yarıyolda, sarvan da həmin sarvan dır

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Misli Premyer Liqasının (MPL) debütantı "Karvan-Yevlax"ın elita səhnəsində nə ilə yadda qalacağı hamı üçün maraqlı idi. Əlbəttə, hüquqi məsələlər, əvvəllər "Karvan" adlanan aran təmsilçisinin adına təmsil etdiyi şəhərin də əlavə edilməsi başadüşülən reallıqdır. Amma 2004-cü ildə yaradılan loqosunu dəyişməyən "ağ-qaralar" hamı üçün elə həmin "Karvan"dır.  Sözügedən kollektivin qış fasiləsinə 6 xalla sonuncu pillədə yollanması isə həm yerli fanatları, həm də bölgələrdə futbolun inkişafını olduqca vacib sayan neytral futbolsevərləri həyəcanlandıran məqamdır. 

Həşimov özünü sübut etməyi bacarmadı

Komandanın mövsümə Azər Həşimovun rəhbərliyi altında başlayan kollektiv çox yaşı startla diqqət çəkdi. Öncə birmövsümlük fasilədən sonra MPL-ə qayıdan "Qəbələ" ilə səfərdə 1:1 hesablı bərabərliyə nail olan "Karvan" 2-ci turda eyni məkanda meydan sahibi qismində mübarizə aparan "Kəpəz"i üstələməyi bacardı - 3:2. 6-cı turda "Neftçi" ilə "quru" heç-heçə isə Həşimovun gördüyü son xal oldu. Ardıcıl 6 məğlubiyyət isə rəhbərliyi vəziyyət daha da kritikləşməmiş radikal addım atmağa sövq etdi.

Təbii ki, komandanın özünəinamını itirdiyi, fiziki cəhətdən hazır olmadığı və Azər bəyin bu kollektivi elitada saxlamaq missiyasının öhdəsindən gələ bilməyəcəyi kənardan da sezilirdi. Şübhəsiz, klubun idarəçiləri qış fasiləsini gözləyə də bilərdilər. Lakin Yevlax komandasının oyunu ilə heç bir ümid verməməsi qərarı gecikdirməməyi vacibə çevirirdi. Razılaşaq ki, yeni mütəxəssisin qış hazırlığına qədər "sükanı arxası"na keçdiyi kollektivlə əyani şəkildə tanış olması da önəmli məqamdır.

Niyə Füzuli Məmmədov?

Bəlli məsələdir ki, son pillədə mövqe tutan və sərgilədiyi futbol işıqlı gələcək vəd etməyən komandanı çalışdırmağa razılaşmaq da özünəinam və cəsarət tələb edir. Rəhbərliyin bir vaxtlar "Neftçi"də və 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində əsas söz sahibi olmuş Pro kateqoriyalı Füzuli Məmmədovun üzərində dayanması da səbəbsiz deyil.

Futbol ictimaiyyətində hamı bir-birini tanıyır, kimin öz işinə hansı məsuliyyətlə yanaşdığını da bilir. İstefaya göndərilən Həşimovun klubdan istədiyi təzminat hələ də ödənilmədiyi üçün adı oyunların protokoluna məşqçi kimi yazılan Məmmədov həqiqətən çətinliklərin öhdəsindən gələ bildiyini isbatlamış çalışdırıcıdır. Onun əvvəlki iş yerində - 1-ci Liqa təmsilçisi "Mingəçevir"də ortaya qoyduğu nəticə isə məntiqlə, "Karvan"sevərləri ümidsizliyə qapdrmamalıdır. Xatırlayırsınızsa, ötən "futbol ili"nin ikinci yarısında, yanvarda 6 xalı olan "işıqçılar"a baş məşqçi təyin olunan bu çalışdırıcı yekunda nəinki qarşısına qoyulan tapşırığın öhdəsindən gələrək "Mingəçevir"i liqada saxladı, sözügedən komanda onun rəhbərliyi altında 35 xalla 4-cü yeri tutdu.

Liqalar fərqli olsa da...

Maraqlıdır ki, indi "Karvan Yevlax" da qış fasiləsinə məhz 6 xalla yollanıb. Ötən mövsüm 1-ci Liqada 10 komanda 3 dövrədə mübarizə aprmışdısa, hazırda 12 iştirakçı ilə keçirilən MPL-də də eyni sistem tətbiq olunub. Əlbəttə, elita ilə 1-ci Liqa arasında səviyyə fərqi var, ancaq Premyer Liqada qalmağı hədəfləyən Yevlax təmsilçisinin xilası üçün oyun sayının daha çox olacağı da faktdır. Təbii, tarixin dəqiqliklə təkrarlanması və "Karvan"ın da "Mingəçevir" kimi yekunda 4-cü yeri tutması inandırıcı deyil. Bununla belə, "ağ-qaralar"ın mübarizəni tutaq ki, 8-10-cu pillələrdə bitirmək və yeni mövsümə MPL-də başlamaq ehtimalı realdır. Əlbəttə, hər şey qış toplanışından asılı olacaq.

O, nəyi dəyişə bilib?

Bölgə təmsilçisinin çalışdırıcısının təqvim baxımından bəxtinin gətirmədiyini vurğulamaq mütləqdir. Komandanı Bizon Azərbaycan Kubokunda və çempionatda "Qarabağ"la iki oyuna çıxaran mütəxəssisin sonradan MPL-in ən təhlükəli komandalarından olan Ayxan Abbasovlu "Şamaxı"ya çətin anlar yaşada bilməməsinin (0:3) səbəbi "köhlənlər"lə qısa intervalla baş tutan duellərdə futbolçuların böyük güc sərf etməsi idi. Sonrakı qarşılaşmalarda -  "İmişli" (1:1) və "Neftçi" ilə (1:2) matçlarda isə fərqli "Karvan" izlədik. Portuqaliyalı mütəxəssis Jorje Kaşkilyanın komandasından Qubada 1 xal almaq mümkün oldusa, Yuri Vernidublu "Neftçi" də Yevlaxda büdrəməyə çox yaxın idi. Qələbə qolunu 90+7-ci dəqiqədə penaltidən vuran flaqman Bakıya qələbə ilə dönməyi bacardı. Hərçənd başda Elvin Yunuszadə, Araz Abdullayev və Vadim Abdullayev kimi təcrübəli yerlilər olmaqla, meydan sahiblərinin final fitinədək döyüşməsi, təslim olmaq istəməməsi sıradan məqam deyildi. Hiss edildi ki, məşqçi oyunçularına ən azı özünəinam aşılamağı, onları hər şeyin yaxşı olacağına inandırmağı bacarıb. Gerisini isə zaman göstərəcək. 

Azı 3-4 yeni oyunçu lazımdır

Məmmədov üçün ən ciddi çətinliklərdən biri klubun artıq 12 legioner sifariş etməsidir. Qaydalara görə növbəti əcnəbi transferi Yevlax təmsilçisinə 100 min manata başa gələcək ki, rəhbərliyin bu variantı ağlından keçirmədiyi şübhə doğurmur. İndi haqqında danışdığımız mütəxəssis yalnız öz iş metoduna güvənməli, hansısa yerli futbolçuların heyətə cəlb edilməsinə qısa müddətdə nail olmalıdır. Bəli, bu gün "Karvan-Yevlax"a bütün mövqelərdə yenilər lazımdır. Heç olmasa, yeni müdafiəçi, yarımmüdafiəçi və hücumçu tapılmalıdır. Füzuli bəyin maaş büdcəsinin "şişməməsi" üçün lazımsız legionerlərdən bir-ikisini göndərəcəyini də proqnozlaşdırmaq mümkündür. Bizə qış fasiləsindən sonranı gözləmək qalır.

Nihat Ağasoy

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub. 

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://fanat.az
archiveBu xəbər 25 Dekabr 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see661

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see629

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see627

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see502

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see463

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see440

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see415

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see393

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see349

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see343

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see341

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see330

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see327

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see324

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see322

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see318

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see312

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see310

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see305

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see288
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri