Icma.az
close
up
RU
“Karvan Yevlax” “Qarabağ”la matça kimlə çıxacaq?

“Karvan Yevlax” “Qarabağ”la matça kimlə çıxacaq?

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Azərbaycan Premyer Liqasının XIII turunda “Qarabağ”la qarşılaşacaq “Karvan-Yevlax”ın düşərgəsində xaos yaşanır.

İdman.Biz “teleqraf”a istinadən xəbər verir ki, klubun rəsmi müqavilə ilə baş məşqçisi olan Azər Həşimov komandadan göndərilib, onun yerinə isə qeyri-rəsmi olaraq Füzuli Məmmədov gətirilib.

Füzuli Məmmədov artıq bir neçə gündür “Karvan-Yevlax”ın düşərgəsinə qoşulub və komandanı növbəti oyuna hazırlayır.

Lakin problem ondan ibarətdir ki, klub rəhbərliyi hələ Azər Həşimovla rəsmi qaydada yolları ayırmayıb.

Bunu Azər Həşimov da sayta açıqlamasında təsdiqləyib. O bildirib ki, yalnız təzminat ödənildiyi halda müqaviləyə xitam verilə bilər:

“Sadəcə, belə qərar veriblər. Necə istəyirlər, elə də edirlər. Rəhbərlik hələ mənimlə görüşməyib. “Kəpəz”lə oyundan iki gün sonra mənə zəng etdilər ki, istefa verməlisən. Mən də demişəm ki, təzminatımı almamış istefa verməyəcəm. Azər Həşimov futbol oynayan zaman da hüququnu, qürurunu, nüfuzunu qoruyub, bu gün də. Ola bilər, Azərbaycan futbolunda məni sakittəbiətli biri kimi tanıyırlar. İşimizin öhdəsindən gəlməyə çalışırıq. Amma qayda-qanun var. Ona görə, müqaviləm maya qədərdir, təzminatımı almamış, heç bir şeylə razılaşmayacağam. Növbəti turla bağlı heç bir fikrim yoxdur. Mənə bir kəlmə deyiblər ki, gəlmə”.

Komandanın “Qarabağ”la oyunda kim tərəfindən idarə olunacağı ilə bağlı yaranan suala cavab verən Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov bildirib ki, Azər Həşimovun gedişi və ya yeni baş məşqçi ilə bağlı “Karvan Yevlax”dan PFL-ə heç bir müraciət daxil olmayıb:

“Baş məşqçinin komandanı oyuna çıxarmaq üçün qeydiyyat sifarişi olmalıdır. İndiki məqamda bizdəki sənəddə baş məşqçi Azər Həşimovdur”.

Göründüyü kimi, hazırda “Karvan-Yevlax”ın iki baş məşqçisi var. Biri rəsmi, digəri isə qeyri rəsmi. Görünən odur ki, iki gün ərzində, yəni noyabrın 29-da “Qarabağ”la keçirilən oyuna qədər məsələ həll olunmasa, Yevlax təmsilçisi Ağdam klubu ilə matça baş məşqçisiz çıxacaq.

Məsələ ilə bağlı “Karvan-Yevlax”ın prezidenti Kənan Kərimov və qeyri-rəsmi baş məşqçisi Füzuli Məmmədov açıqlama verməyib. Klubun mətbuat xidməti isə məsələ ilə bağlı sabah rəsmi açıqlama yayacağını bildirib.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 27 Noyabr 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see335

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see306

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see295

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see291

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see286

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see285

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see263

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see260

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see256

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see254

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see243

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see233

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see226

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see225

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see220

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see210

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see202

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see201

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see193

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri