Icma.az
close
up
RU
Kasıb adam niyə müxalifətçi ola bilməz? Orxan Saffari yazır…

Kasıb adam niyə müxalifətçi ola bilməz? Orxan Saffari yazır…

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Müəllifi dəqiq məlum olmasa da, özü dəqiq olan bir ifadə var:

“Siyasət ən gəlirli biznesdir”.

Bu mənada, kasıb, yoxsul adamın bu biznesdə-siyasətdə yeri yoxdur.

Qurama romantik inqilabları çıxmaq şərti ilə, əslində, iqtidar-müxalifət mübarizəsi elit mübarizədir.

Yəni məsələn, ilk növbədə, istənilən sistemə qarşı çıxan şəxsin maddi vəziyyəti kifayət qədər yaxşı olmalıdır.

Konkret desək, pulsuz adamın mübarizəsi də həyatda yaşamaq uğrunda olur.

Ümumiyyətlə, kasıb adamın mübarizədə nə işi var? Hakimiyyət elitar məsələ olduğu üçün, təmsil olunmaq istəyən şəxs də elita olmalıdır. Əks halda, mümkün deyil.

Siyasətlə məşğul olan şəxsin müstəqil gəlirin olmaması onu heç vaxt müstəqil olmağa qoymaz və qurbana çevirər. Eıə kasıb adam siyasətdə ya qurbandır, ya da kənar tamaşaçı.

Siyasət elə bir bazardır, burada mal da, alıcı da, satıcı da insandır. Burada qiymət etiketi yoxdur, amma hər addımın dəyəri nüfuzla, güclə, imkanla, təsirlə ölçülür. İqtidar və müxalifət isə bu bazarın iki “brendi”dir: biri hakimiyyəti qorumaq üçün investisiya edir, digəri onu almaq üçün.

Bəs kasıb adam bunların hansına, nə ilə sahib ola bilər?

Siyasət rahatlıq işidir. Rahat olmayan adam, əslində, sistemi dəyişmək yox, öz yerini sistemdə tapmaq istəyir.

Kasıb insanın əsas mübarizəsi siyasətlə deyil, həyatın özü ilədir.

Kasıb adamın beyni psixoloji olaraq “mübarizə” üçün yox, yaşamaq üçün proqramlaşdırılıb.

Kasıb adamın sistemə olan nifrəti təbii olsa da, səmimi deyil.

Ümumiyyətlə, azadlıq təbiət etibarilə zəngin bir duyğudur.

Yalnız dolu mədənin, dolu cibin, dolu zehnin azadlıq haqqında düşünməyə vaxtı və imkanı var. Əgər insan aclıqla mübarizə aparırsa, azadlıq onun üçün bir lüks anlayışına çevrilir.

Platonun da dediyi kimi:

“Maddi tələbat içində olan insanın ədalət hissi yox, qorxu hissi daha güclüdür”.

Kasıb adam müxalif olanda belə, onun mübarizəsi ideal uğrunda deyil, şəxsi xilas uğrundadır. Kasıblıq müxalifətin təbiətini dəyişdirir, onu ideyadan çox emosiyaya çevirir.

Özünü müxalifət sanan, müxalifətdə görən bütün mübarizlər həmişə imkanlı liderlərin arxasınca gedərək mövcud olublar.

Axı kasıb insanı müxalif olmağa şərtləndirən məsələlər var. İnsan yalnız həyatını davam etdirmək üçün lazım olanı deyil, artığını düşünə biləndə müxalif ola bilir.

Əgər bir insan axşam “sabah yemək olacaqmı?” deyə düşünürsə, o artıq sabah haqqında azad şəkildə düşünə bilmir. Məgər belə müxaliflik olarmı?

Bir sözlə, kasıb insanın ən böyük arzusu ədalət deyil, rahatlıqdır.

Siyasət isə, həqiqətən fə zənginlərin döyüş meydanıdır.

Amma bu döyüşün nəticəsini həmişə kasıblar ödəyir.

Orxan Saffari

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 Oktyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri