Kazanda İslam dövlətlərindən olan komandaların iştirakı ilə beynəlxalq uşaq futbol turniri keçiriləcək
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Moskva, 2 may, AZƏRTAC
Mayın 14-17-də Kazanda “Rubin” futbol klubunun Tatarıstan Respublikası İdman Nazirliyi ilə birgə təşkil etdiyi “Şərq kuboku” beynəlxalq uşaq futbol turniri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yarışlarda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən komandalar iştirak edəcək.
Azərbaycan, Oman, Pakistan, Tacikistan, Özbəkistan, Qazaxıstan, Rusiya və Qırğızıstandan olan gənc idmançılar iştirak üçün müraciət ediblər.
Oyunlar 7-nin 7-yə formatında “Lebyajye” təbiəti mühafizə zonasında yerləşən “Gənc qvardiya” idman düşərgəsinin meydanlarında keçiriləcək. Oyunlara 10-11 yaşlı iştirakçılar qatılacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:Kazanda “İslam sülh və tolerantlıq dini” adlı tələbə düşərgəsi...
22 İyun 2025 22:03
Kazanda uşaq bağçasında yanğın baş verib...
04 Avqust 2025 19:03
Kazanda uçuşlara məhdudiyyət qoyuldu
31 Dekabr 2024 11:13
Kazanda reyslər təxirə salındı
27 Dekabr 2024 10:24
Kazanda Beynəlxalq Memarlıq və Tikinti Forumu işə başlayıb
07 Fevral 2025 10:12
Baxış sayı:59
Bu xəbər 02 May 2025 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















