Kazemironun yeni klubu bilindi SON DURUM
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mövsümün sonunda "Mançester Yunayted"i tərk edəcəyi dəqiqləşən braziliyalı yarımmüdafiəçi Kazemiro karyerasını MLS liqasında davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, cənubi amerikalı futbolçu "İnter Mayami"də çıxış edən argentinalı superulduz Lionel Messi ilə komanda yoldaşı ola bilər.
İnformasiyanı "Tribalfootball" yayıb. Mənbənin məlumatına görə, Kazemiro bugünlərdə həyat yoldaşı Anna ilə birlikdə Mayamidə görünüb. O, gələcəyi ilə bağlı qərar verməzdən əvvəl şəhəri və potensial yeni klubunun infrastrukturunu qiymətləndirir.
Əgər o, MLS -ə keçərsə, tarixdə həm Kriştianu Ronaldu, həm də Lionel Messi ilə oynamış 28-ci oyunçu olacaq.
Xatırladaq ki, Kazemiro MY-yə 2022-ci ildə "Real Madrid"dən transfer olunub. O vaxtdan bəri 146 matçda forma geyinən yarımmüdafiəçi 21 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı 33 yaşlı oyunçunun transfer qiymətini 8 milyon avro ilə dəyərləndirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 22 Fevral 2026 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















