Icma.az
close
up
RU
Kazinoların fəaliyyəti turizm sənayesinə əlavə dinamika qazandıra bilər EKSPERT RƏYİ

Kazinoların fəaliyyəti turizm sənayesinə əlavə dinamika qazandıra bilər EKSPERT RƏYİ

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Dünya praktikasına nəzər yetirdikdə görmək olur ki, Avropa, Amerika, Asiya və digər inkişaf etmiş regionların iri şəhərlərində kazinolar qanuni şəkildə fəaliyyət göstərir. Bu kazinoların fəaliyyət prinsipi və ümumi konsepsiyası ölkələrin daxili qanunvericiliyinə və mədəni-sosial dəyərlərinə uyğun olaraq dəyişə bilir. Lakin ümumi tendensiya ondan ibarətdir ki, kazinolar turizmin inkişafında mühüm rol oynayan vasitələrdən biri hesab olunur. Bu obyektlər həm turistlərin ölkəyə marağını artırır, həm də əhəmiyyətli dərəcədə valyuta vəsaitinin daxil olmasına səbəb olur". Bu sözləri SİA-ya açıqlamasında turizm üzrə ekspert Rəhman Quliyev deyib.

Onun sözlərinə görə, bu baxımdan kazinoların fəaliyyəti turizm sənayesinə əlavə dinamika qazandıra bilər: "Azərbaycanda kazinoların nə səbəbdən bağlandığı dəqiq bilinməsə də, onların yenidən fəaliyyətə başlaması zəruri hesab olunur. Çünki ölkəyə gələn turistlərin əksəriyyəti əyləncə imkanları ilə maraqlanır və bu kontekstdə kazinolar əsas suallardan birinə çevrilir.

Paytaxtdan kənar ərazilərdə – yəni şəhərdən uzaq, xüsusi ayrılmış zonalarda kazinoların açılması daha məqsədəuyğundur. Belə obyektlər Azərbaycana yüksək gəlirli, lüks seqmentə aid olan turistlərin cəlb olunmasına səbəb ola bilər. Çünki həmin kateqoriyadan olan turistlərin xərclədiyi vəsait, bəzən yüzlərlə orta səviyyəli turistin xərclədiyindən daha çox olur. Bu isə birbaşa olaraq ölkənin turizm gəlirlərinin və valyuta dövriyyəsinin artmasına təsir göstərə bilər.

Kazinoların fəaliyyətə başlaması yalnız iqtisadi yox, eyni zamanda sosial baxımdan da müsbət nəticələr doğura bilər. Bu sahənin nəzarətli və qanuni şəkildə təşkili ilə Azərbaycan yeni bir turist portfeli qazanmış olar. Onun fikrincə, düzgün qaydalarla fəaliyyət göstərəcək kazinolar cəmiyyətə mənfi təsir göstərməyəcək, əksinə ölkəyə əlavə gəlir və iqtisadi fayda gətirəcək"- deyə ekspert əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 İyun 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri