Icma.az
close
up
RU
KDÇ nin dünya futboluna faydası varmı?

KDÇ nin dünya futboluna faydası varmı?

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Saat və iqlim fərqlərini, futbolçuların ağır mövsümdən sonra hədsiz yorğun olduğunu əsas gətirən bir çox mütəxəssis ABŞ-də davam edən klublararası dünya çempionatını tənqid atəşinə tutur.

“Futbol+” səhifələrində də dəfələrlə bu mövzuya toxunulub. Bu dəfə isə turnirin müsbət yönlərindən danışacağıq.
Səviyyəli şou
Gəlin ən aşkar görünən məqamdan başlayaq – pley-offda Çempionlar Liqasının analoqunu görürük. Əvvəlcədən belə fikirlər var idi ki, zəif rəqabət mühitini nəzərə alsaq, Avropa nəhəngləri öz qruplarında 1-2-ci yerləri təmin edəcək. Heç də belə olmadı. 1/4 finalda Avropanın beş təmsilçisi var. Turnirin mükafat fondu ümumilikdə 1 milyard dollar təşkil edir, deməli, PSJ, “Real”, “Çelsi” və “Bavariya” kimi zənginlər də ciddi pul qazanacaq. Bu üzdən klublar turnirə yetərincə ciddi münasibət göstərir.
Məsələn, “Bavariya” və “Real” “Bayer-04” ilə “Liverpul”a pul ödədilər ki, Ta ilə Aleksander-Arnoldun adını iştirak ərizəsinə sala bilsinlər, halbuki bu futbolçuların müqavilə müddətinin sonuna bir ay qalmışdı.
Qrup mərhələsində də bir neçə maraqlı qarşıdurma oldu. Rekord auditoriya toplayan PSJ – “Atletiko”, şən şəraitdə keçən “Mançester Siti” – “Yuventus” oyunlarını xatırlaya bilərik. Elə qalan iştirakçıları da aşağılamayaq. Braziliya və Argentina təmsilçiləri çıxışı ilə təəccübləndirdi, Avropa nəhəngləri ilə hardasa bərabər səviyyədə oynadı.
Yenilərin cilalanması
KDÇ top-klublara daha bir imkan bəxş edir – yeniləri dərhal iş başında görmək, paralel şəkildə, intensiv templə onların komandaya inteqrasiyasına nail olmaq. Əsasən yarıməvəzedici heyətlə oynanılan yoldaşlıq görüşləri başqadı, daha məsuliyyətli yanaşma tələb edən, mükafat fonduna malik turnirlər başqa.
Millətlər Liqasının nümunəsində beynəlxalq fasilələrə azarkeş marağının, eləcə də oyun səviyyəsinin necə artdığını gördük, “4-lər finalı” çox baxımlı və intriqalı alındı. Hətta bəlkə Avropanın ən yaxşı futbolçusunun müəyyənləşdirilməsinə də təsir göstərdi. Klublarası dünya çempionatı ilə bağlı məsələ də oxşardı. Məsələn, Usman Dembelenin turnirdə özünü necə göstərməsi “Qızıl top” uğrunda mübarizədə intriqanın axarını müəyyənləşdirə bilər.
Və nəhayət, razılaşın ki, Xabi Alonsonun, eləcə də Aleksander-Arnoldla Höysenin “Real”da debütünə baxmaq çox maraqlıdı. Ya da “Mançester Siti”ni götürək: De Bruynenin əvəzedicisi kimi Qvardiolanın sərəncamında artıq üç futbolçu var – niderlandlı Reynders, cinah oyunçusu Ait-Nuri və texnikalı Şerki, bunların hər biri oyun praktikası qazanır. “Çelsi”yə gənc istedad Liam Delap gəlib, “İnter” Simone İnzaqidən sonra yeni dönəmə qədəm qoyub Top-klubların yay yenidənqurmasını canlı rejimdə izləmək xoş və əyləncəli məşğuliyyət deyilmi?!
Gənc istedadların axtarışı
Yığmalar arasındakı dünya çempionatı tez-tez yeni qəhrəmanları geniş auditoriyaya tanıdır. 2014-cü ildə Xames Rodriges Braziliyadakı möhtəşəm performansın ardından “Real”a yollandı, Mbappe Rusiya mundialında özünü parlaq şəkildə göstərməklə PSJ-də aparıcı mövqeyə yiyələndi, Qətərdə parlayan Entso Fernandes böyük pullar müqabilində “Çelsi”yə keçdi.
Klublararası dünya çempionatına gəlincə, “Oklend Siti” və ya “Esperans” kimi klublarda, çətin ki, yeni ulduzlar görək. Ancaq “River Pleyt”, “Boka Xuniors” və ya “Flamenqo”, “Palmeyras” forması geyən hansısa futbolçu başqalarının diqqətini cəlb edə bilər. Elə həmin “River Pleyt”də “Futbol+”də haqqında danışdığımız Franko Mastantuono çıxış edir, 17 yaşlı solaxay oyunçu dahiyanə ideyalara malikdi, düzdü, onun “Real”a transferi artıq həll olunub.
“Flamenqo”nun heyətində səviyyəli cinah müdafiəçisi Uesli çıxış edir, “Botafoqo”da istedadlı İqor Jezus var. “Fluminense”də tezliklə Avropaya yollana biləcək Con Aryas parlayır. Bir sözlə, Avropa klubları onlar üçün əsas donor rolunu oynayan Latın Amerikasından olan ulduzların bütöv bir qrupunu iş başında görmək imkanı qazanıb.
Nostalji damcısı
“İnter Mayami”nin turnirdə iştirakı bizə növbəti dəfə Messi, Suares, Buskets və Albaya baxmaq imkanı verdi. Onlar lap yaxınlara qədər planetin ən yaxşıları arasında idi, indi isə Amerikada karyeralarının qürub çağını yaşayırlar. Leonun baxımlı cərimə zərbəsi sosial şəbəkələri bəzədi, Luis “Palmeyras”la heç-heçəyə səbəbkar oldu. “İnter Mayami” pley-offda PSJ – Messinin sabiq klubu ilə oynadı, baxmayaraq ki, həmin gün argentinalı ulduzun oyunu alınmadı.
Statuslu titul
Klublararası dünya çempionatının əvvəlki formatını xatırlayırsızmı? Onda Çempionlar Liqasının qalibi aşkar favorit sayılır, elə bir xüsusi energi sərf etmədən hesabına daha bir titul yazırdı. Əvvəlki 20 turnirin yalnız dördündə titulu Avropadan olmayan komanda qazanıb, son 20 ildə isə yalnız bir belə hadisə baş verib (“Korintians” Rafael Benitesin “Çelsi”sini məğlub edib).
Daha həmin format işləməyəcək – bundan sonra KDÇ dördildənbir keçiriləcək, iştirakçılar sırasında Avropa futbolunun nəhəngləri olacaq. Belə turnirdə qələbə gerçəkdən statuslu və ağır mübarizədə qazanılan titul gətirəcək, kubok isə klub muzeyində fəxri yerini tutacaq.
Odu ki, gəlin anın həzzini yaşayaq, hər şeyə qara eynəklə baxmayaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:311
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 İyul 2025 00:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri