Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Keçmiş Ağdamın qoxusu qalan yeganə məkan: İmarətdən REPORTAJ

Keçmiş Ağdamın qoxusu qalan yeganə məkan: İmarətdən REPORTAJ

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qarabağa səfərim zamanı Ağdamda gözə çarpan hər bir yeniliyi sizin diqqətinizə çatdırmaq məqsədilə ilə yazdığım "Ağdamlıların evi tikilir:Turizm mərkəzinə çevriləcək Ağdamdan REPORTAJ" məqaləm gördüklərimi tam əhatə etmədiyi üçün məkandan növbəti reportajların  davamını başlatdım. Əminəm marağınıza səbəb olacaq.     

İşğaldan azad olmuş Ağdam torpağından   IV REPORTAJ

Pənahəli xanın  İmarəti, məqbərə-kompleks, məzarlıq,  

 Ağdama gəlib İmarət tarixi abidə-kompleksini ziyarət eləmədən  geri dönmək Ağdamlı olaraq ağdamlılığa xəyanətdir. Deməli, ermənilər 1993-cü ilin iyulunda Ağdamı işğal edərkən, bəlkə də ilk əvvəl bu məkana hücum edib, tariximizin müqəddəs bir hissəsini dağıtmaqla onu  bizdən qoparmaq istəyiblər. Öz saxta tarixlərini yerləşdirmək üçün...

Çünki qüdrətli ordumuz Ağdama daxil olanda bu ərazilər xarabalıqdan başqa bir şey deyildi. Yandırmışdılar, talan edib  daşımışdılar, apara bilmədiklərini də darmadağın etmişdilər.  Xüsusən, Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahına daha çox ziyan vurmuşdular. 

Bilirsiniz, xan sarayları adətən cah-cəllalı, təmtəraqlı olub.  Azərbaycan ərazisində o qədər elə  xan sarayları var ki... Amma Pənahəli xanın  bu iqamətgahı  saray  olaraq parad xüsusiyyətlərinə malik olmayıb, yalnız dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyır. Buna görə də, Pənahəli xanın imarəti  də adlandırılır.

Bələdçimiz Billurə Tağıyeva deyir ki,  bu kompleks Xanın yay saray olub: "Bu tarix-memarlıq abidəsi həm də ona görə dəyərli hesab olunur ki, Qarabağ xan nəslinin ilk mülklərindən biri imiş. Daha dəqiq, Pənahəli xanın 1738-ci ild də Xorasandan geri dönür, Qarabağda xanlıq quruculuğuna başlayanda birinci bu imarəti tikdirir”.

Fürsətdən istifadə edib oxucularıma bildirirəm ki, Xan məhz İmarətdən sonra Bayat qalasını (1748-ci ildə tikilib, indiki Ağcabədi rayonundadır), Şahbulaq qalasını ( Tərnəküt qalası da deyilir,1751–ildə tikilib) Şuşa qalasını (  1751-ci il də tikilməyə başlayıb) tikib.

Bir sözlə, Pənahəli xan əlində olan Qarabağ adlı feodal ölkəsində ərazilərin harasında azacıq səfalı yer görürmüş oranı özünə istirahət guşəsi seçib. Amma deyilənlərə görə, bura Pənahəli Xandan əvvəl onun atası İbrahimxəlil Xanın oylağı olub.Hətta ata Xanın buralarda Barlıbağ adlı bağları olub. 

Billur xanım bizi - Maya xanımla məni ərazidə gəzdirərək müharibədən sonra ilk dəfə gördüyüm tarixi abidələrin taleyi haqqında məlumat verməyə başladı: Kompleks mərasimlərin keçirilməsi üçün tikililər, türbələr və tarixi qəbiristanlq kimi müxtəlif əhəmiyyətli strukturlardan ibarətdir. Xanın Ağdam sarayı, bir-birinə perpendikulyar yerləşdirilmiş iki korpusdan ibarətdir.

Əsas korpus, mərkəzi günbəzli zalın ətrafında qruplaşdırılmış tağtavanlı otaqlardan ibarətdir. Mərkəzi zalın qabağında cənuba istiqamətlənmiş geniş və dəbdəbəli eyvan yerləşir. Günbəzli zal divanxana olduğu deyilir və Pənahəli xan burda qonaqlarını qəbul edib. Yerlə yeksan olunmuş İmarətin bərpasına qələbədən dərhal sonra başlanıldı.

Həm xarici , həm daxili mühəndislərin köməkliyi ilə restavrasiya və arxeoloji tədqiqat işlərinə start verildi. 2023-cü ildə başlanılan təmir və bərpa işi 2024-cü ilin sentyabrında başa çatdırıldı” .
Ərazini gəzirik, kompleksdəki tarixi abidələri bir -bir gözdən keçiririk. Ağdamda bəlkədə ən ürək sakitləşdirən, ən qəlbə yaxın yer buradı-desəm sözümü qəribliyə salmayın. Çünki yeganə yerdi ki, oradan köhnə, keçmiş Ağdamın qoxusunu azacıq almaq mümkündür... azacıq.

Qarabağ xanlarının ailəsinə məxsus  məzarları olan məqbərə-kompleksi qarış-qarış gəzmək, həm də keçmişimizə bir sayğıdır.  Təkrarlamaq istəmirəm, amma qeyd etmədən də dura bilmirəm: 3 hektar əraziyə malik bu kompleksdə Pənahəli xanın atası İbrahim Xəlil ağadan üzü bəri Cavanşirlər nəslinin 18 fərdi dəfn edilib.

Qarabağın, Azərbaycanın mərhəmətli, səxavətli şairəsi Xan qızı Xurşidbanu Natəvan 1897-ci il, 2 oktyabrda vəfat etdikdən sonra burada dəfn olunub. Sarayında "Dürrü yekta" (Tək inci), el arasında isə "Xan qızı" kimi sevilən Natəvan xanım həyatı boyu dərlərin, kədərin, problemlərin əlində qalıb, xəstə düşüb, gözünün nuru gedib.

“Bala” deyə-deyə gözlərini yumub, narahat ruhu  əbədiyyətə qovuşub. Anlayacağınız bir xoş gün görməyib. Ürək ağrıdan digər fakt isə odur ki, Xan qızı qəbrində də rahat olmayıb. Ağdam işğaldan azad olunandan sonra məlum olub ki, ermənilər tərəfindən Natəvanın məqbərəsi dağıdılıb, qəbri təhqir olunub və sümükləri də qəbrindən çıxarılıb aparılıb.  

Hara aparılıb, heç oda məlum deyil. Natəvanla bağlı yeganə təsəllimiz odur ki, 2019-cu ildən  onun əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

İmarət stadionundan da bir iki cümlə yazmasam oxucularımıza haqsızlıq etmiş olaram..Əslində stadionla bağlı bəlkə də məndən çox bilirlər. Amma yenə də mənim yorumumla, mənim gözümlə  stadionu seyr etmək zövq verəcək deyə düşünürəm..Heç siz də istəməzsiniz ki, yazmayım.

Deməli, hələ sovet dövründən məşhur olan  və  futboldan əlavə bütün geniş miqyaslı tədbirlərin hamısını bu stadionda  keçirirdik. Ağdamın Azərbaycanda yox, bütün  SSRİ -də yeganə çörək muzeyi ilə seçildiyini bilirsiniz.

1952-ci ildə tikilən bu stadion Azərbaycanda sırf futbol üçün tikilmiş yeganə stadiondur ki, o dövrdə nə Azərbaycanda , nə də Qarabağda ona oxşayan bir stadion olmayıb. Düzdür, sonralar Qarabağda başqa bir stadion 1956-cı ildə  Xankəndidə  tikildi, amma o vaxt heç bir stadion Ağdam imarətindəki stadiona bənzəmədi.

Mən görməmişdim, amma görənlər deyir ki, "İmarət"in əsas qapısı keçmiş Kommunist küçəsi tərəfdən olub. Ora milli ornamentlərlə "İmarət" yazılıb. Stadionun əsas girişinə daxil olanda sol tərəfdə restoran və futbolçuların bazası yerləşib. 

Bilirsiniz də stadion Qarabağ ərazisində niyə məhz   ilk Ağdamda tikildi? Çünki,1951-ci il də, artıq  Ağdam şəhərində "Məhsul" idman cəmiyyətinin futbol komandası yaranmışdı. Düz 1987-ci ilə kimi "Məhsul", "Şəfəq" və "Kooperator" kimi gündə bir ad dəyişsədə, nəhayət

1987-ci ildə  əbədi olaraq doğma adını tapdı: "QARABAĞ"! 2004-cü ildə sevimli komandamın loqotipində  Qarabağ atlarının  simvolu təsvir olunduqdan sonra ağdamlıların ləqəbləri də "Atlılar", yaxud da "Köhlən Atlar" oldu . 

Bax, o xarabalıq bayquşlarının xaraba qoyduğu həmin İmarət Stadionu 2026-cı ildə yenidən öz “Qarabağ”ını qoynuna alacaq. Ağdamın İşğaldan əvvəl tutumu  4 min tamaşaçı olan,   2023-cü ildə təməli qoyulan “İmarət” stadionunun UEFA-nın 4-cü kateqoriya tələblərinə uyğun inşa edilməsi nəzərdə tutulub. Düşmənin içini yandıran yeni stadionumuz 11 min 700 nəfərlik tamaşaçı tutumuna, oyun meydançası da təbii ot örtüyünə malik olacaq. Pislik elə pisliklərə qalsın!

Nəhayət, bələdçimiz Billur xanım başqa bir hissəsini göstərib dedi ki, burada yerləşən atçılıq kompleksi məşhur Qarabağ atlarının təqdimatı üçün nəzərdə tutulub.  
“Nə təqdimat ?” deyə düşünsəmdə ağlıma gələn yeganə fikir o oldu ki, atların satışı üçün ilk baxış , bəyənmə yeri ora olacaq. Necə ki, maşın bazarı, mal bazarı, mebel bazarı var, ora da yəqin ki, “at bazarı” yox, atların baxılıb alındığı, seçildiyi yer olacaq.

İmarət məni elə məftun etmişdi ki, atçılıq kompleksinə keçib baxmağı unutdum... Daha doğrusu heç marağında olmadım. İnşallah, bir gün orada atlar şahə qalxanda gedib izləyərəm. Hazırda isə oradan səs-səmir gəlmirdi.

 İmarət gəzintimiz beləcə başa çatdı. Amma məqaləmin başlanğıcında  qeyd etdiyim kimi,  sonunda da xususilə vurğulayıram: İmarət yeganə yerdi ki, oradan köhnə, keçmiş Ağdamın qoxusunu azacıq almaq mümkündür...

Ağdamn yeni görünüşünü görmək istəyənlər , ilk olaraq bura gəlsinlər!

Əntiqə Rəşid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://adalet.az
archiveBu xəbər 21 Aprel 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri