Icma.az
close
up
RU
Kefirdə olan bakteriya immun sisteminin qocalmasını ləngidir

Kefirdə olan bakteriya immun sisteminin qocalmasını ləngidir

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yaponiyanın Şinsyu Universitetinin alimləri kefirdə olan bir bakteriyanın immun sistemində yaşa bağlı dəyişiklikləri ləngitdiyini, hətta qismən geri çevirdiyini müəyyən ediblər.

Redaktor.az xəbər verir ki, Lentilactobacillus kefiri YRC2606 adlı ştamm üzərində aparılan araşdırma "Journal of Functional Foods" elmi jurnalında dərc olunub.

Alimlərin bildirdiyinə görə, yaş artdıqca immun sisteminin fəaliyyəti zəifləyir: hüceyrələrin bölünmə qabiliyyəti azalır, xroniki iltihabi proseslər güclənir, timus vəzi və qaraciyər də daxil olmaqla həyati orqanlar tədricən atrofiyaya uğrayır. Bu proseslər immun sisteminin qocalması ilə əlaqələndirilir və infeksiyalarla yanaşı yaşa bağlı xəstəliklərin riskini artırır.

Tədqiqat çərçivəsində alimlər səkkiz həftə ərzində yaşlı siçanları kefirdən əldə olunmuş, istiliklə təsirsizləşdirilmiş L. kefiri YRC2606 ştammı ilə zənginləşdirilmiş qida ilə qidalandırıblar. Daha sonra onların immun sisteminin vəziyyəti qiymətləndirilib. Nəticələr göstərib ki, bu bakteriyanı qəbul edən siçanlarda timus və qaraciyərdə yaşa bağlı dəyişikliklər nəzarət qrupundakı heyvanlarla müqayisədə xeyli zəif olub.

Bundan əlavə, hüceyrə bölünməsini dayandıran və hüceyrə qocalmasının əsas göstəriciləri sayılan p16 və p21 zülallarının aktivliyi azalıb. Eyni zamanda iltihab səviyyəsi də aşağı düşüb: hüceyrələr daha az miqdarda IL-6 və TNF-α kimi proiltihabi sitokinlər ifraz edib. Xroniki iltihabın davamlılığında mühüm rol oynayan IL-6/STAT3 siqnal yolu isə əhəmiyyətli dərəcədə zəifləyib.

Alimlərin fikrincə, gələcəkdə L. kefiri YRC2606 funksional qida məhsullarının və ya bioloji aktiv qida əlavələrinin hazırlanması üçün perspektivli əsas ola bilər.

“Dünya əhalisinin sürətlə qocalmasını nəzərə alsaq, bu cür elmi inkişaflar yaşla bağlı immun pozğunluqlarının qarşısının alınması baxımından praktiki əhəmiyyət daşıya bilər. Lakin təsirin insanlarda da təsdiqlənməsi üçün əlavə klinik tədqiqatlara ehtiyac var”, – deyə araşdırmanın müəllifləri qeyd ediblər.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Dekabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri