Icma.az
close
up
RU
Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir

Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"1993-cü ilin aprelində Kəlbəcərin işğalı Azərbaycan üçün sarsıdıcı hadisə olmuşdu. Təbii istehkamlarla bol olan Kəlbəcəri qorumaq, düşmənin hücumlarının qarşısını almaq olardı. Ozamankı siyasi rəhbərlikdə olan hərc-mərclik, ordudakı özbaşınalıq füsunkar təbiəti olan bu məkanı itirməyimizə səbəb oldu. Bu işğal həmin vaxt hakimiyyətdə olan qüvvələrə böyük inamsızlıq yaratdı və iqtidarın nüfuzdan düşməsinə səbəb oldu. Qardaş Türkiyə məhz Kəlbəcərin işğalına görə Ermənistanla sərhədləri bağladı. Bu gün də o sərhədlər bağlı olaraq qalır. BMT Təhlükəsizlik Şurası işğalçı qüvvələrin Kəlbəcərdən çıxarılmasına dair ayrıca qətnamə qəbul etdi. Qətnamədə ermənilərin Kəlbəcərdən və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi. Azərbaycan Ordusu 27 il sonra o qətnaməni özü icra etməli oldu. Qəhrəman oğullarımız Ali Baş Komandanın rəhbərliyi ilə bütün Qarabağ torpaqlarını erməni işğalından azad etdilər".Bu fikirləri Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O bildirib ki, Kəlbəcərin işğalı zamanı 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb: “Kəlbəcərin əhalisi respublikanın 56 rayonunda müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal dövründə rayon tamamilə talan edildi, milyardlarla manatlıq sərvət Ermənistana daşındı. Bu azmış kimi 1999-cu ildən başlayaraq, BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq Ermənistan dövləti Kəlbəcərdə erməniləri məskunlaşdırmağa başladı. Qədim türk dilində “çay üstündə qala” anlamını verən Kəlbəcərdə 30 min ildən çox tarixi olan yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı zaman yaradılıb. Amma ermənilər işğal dövründə bütün tarixi, mədəni izlərimizi buradan silməyə çalışdılar. Otuz il ərzində Ermənistan münaqişənin həllinə dair aparılan danışıqlarda Kəlbəcəri Azərbaycana verməyəcəyini bəyan edirdi. Qarabağın dağlıq hissəsi, o cümlədən Laçın, Kəlbəcərə sahib çıxmaq istəyən ermənilərə ordumuz 44 günlük Vətən müharibəsində sarsılmaz zərbə vurdu. Ermənilər çıxarkən evlərə od vurmaqla, meşələrdəki qiymətli ağacları məhv etməklə öz barbar simalarını bir daha nümayiş etdirdilər.

Vətən müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edildi. Azərbaycan Ordusu erməni silahlı qüvvələrinin hərəkətlərini həmin istiqamətdə əhəmiyyətli dərəcədə məhdudlaşdıra bildi. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Kəlbəcərin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş minlərlə hərbi qulluqçu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olundu. Nəhayət, 25 noyabr Kəlbəcər Şəhəri Günü elan edildi”.

Kəlbəcər rayonunun Baş planından söz açan deputat deyib: “Kəlbəcər şəhərində, rayonun Zallar, Zar kəndlərinə ilkin məskunlaşma layihələri icra olunmaqdadır. 82 kilometrlik Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu və onun üzərində ümumi uzunluğu 25,9 kilometr olan 5 tunelin tikintisinin 67,5 faizi artıq tamamlanıb. Meydan çayının üzərində kiçik su elektrik stansiyası tam yenidən qurulub. Tərtər çayı üzərindəki “Çıraq-1” və “Soyuqbulaq”, Qaraarxac çayı üzərindəki “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları yenidən qurulub. Kəlbəcərdə görülən bütün işlər Müzəffər Ali Baş Komandan İlham Əliyevinin diqqətindədir. Dövlətimizin başçısı 2020-ci ildən sonra Kəlbəcərə səfərlər edib. Hər səfər zamanı Prezident yeni tikintilərin təməlini qoyur, yeni mərkəzlərin açılışını edir. Böyük turizm potensialı olan Kəlbəcərdə çoxlu sayda müalicəvi əhəmiyyətli mineral bulaqlar var. Qablaşdırılmış “İstisu” həm daxili, həm də xarici bazarda satışa çıxarılıb. Geniş yaşıl əraziləri, meşələri, hündür qarlı dağları olan Kəlbəcər Azərbaycanın ən potensiallı, zəngin təbii sərvətli rayonlarından biridir. Rayon maldarlıq, arıçılıq və turizm üçün əlverişlidir. Bu gün Azərbaycan vətəndaşlarının istirahət üçün arzuladığı məkanlar sırasında Kəlbəcər öncül yerlərdə dayanır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Noyabr 2024 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see163

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see133

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see132

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri