Icma.az
close
up
RU
Kərə yağı adı ilə aldadılırıq: İdxal məhsullarına iç yağı qarışdırılır və...

Kərə yağı adı ilə aldadılırıq: İdxal məhsullarına iç yağı qarışdırılır və...

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Əvvəllər idxal olunan malların dəyəri 800-900 milyon dollar idisə, son 10 ildə ölkəyə gətirilən ərzaqların dəyəri 2 milyard dolları keçib".

Bu sözləri ölkəmizdə ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyəti şərh edən kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli Bakıvaxtı.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanın torpaq və iqlim şəraiti olduqca münbit olsa da, ərzaq məhsullarına olan tələbatın yalnız yarısını ödəyə bilir. Bu, təəssüf doğurur:

"Bundan başqa, ölkəmizdə ərzaq məhsulları çox bahadır. Əvvəlki illərlə müqayisədə 2023-cü ildə dünyada ərzaq məhsullarının qiyməti 13-17 faiz azaldığı halda, Azərbaycanda 9.8 faiz artım olub. 2024-cü ildə də dünyada ərzaq məhsullarının qiyməti ucuzlaşmışdı, amma ölkəmizdə 20 faizdən çox bahalaşma qeydə alınmışdı. Bunun səbəbi odur ki, Azərbaycan yetərincə kənd təsərrüfatı məhsulları istehsal edə bilmir. İstehsal olunan məhsullar isə baha başa gəlir”.

Müsahibimiz vurğulayıb ki, digər tərəfdən, məhsul yetərincə istehsal olunmayanda defisit yaranır və nəticədə oliqarx məmurlar digər ölkələrdən kənd təsərrüfatı məhsulları idxal edirlər. Son 10 ildə idxal olunan məhsulların dəyər həcmi iki dəfədən çox artıb. Bu, yerli istehsalın getdikcə azaldığını göstərir.

V.Məhərrəmlinin sözlərinə görə, ölkəyə idxal olunan məhsulların keyfiyyəti sual altındadır:

“Məsələn, bəzi işbazlar ölkəyə saflaşdırılmamış yağlar gətirirlər və burada içinə müəyyən qatqılar əlavə edirlər. Bundan sonra digər ölkələrlə müqayisədə həmin yağları ölkəmizdə çox yüksək qiymətə təqdim edirlər”.

Vahid Məhərrəmli: Azərbaycanda keyfiyyətli bitki və kərə yağı tapmaq mümkün deyil

"Nəzər salsanız, son vaxtlar Azərbaycanda gənclərin ölümü çox artıb. Bundan başqa, xərçəng, ürək və xroniki xəstəliklər çox yayılıb” deyən ekspertə görə, bunun əsas səbəbi qida ilə bağlıdır.

Həmsöhbətimiz qeyd edib ki, Azərbaycanda keyfiyyətli bitki və kərə yağı tapmaq mümkün deyil:

“Ölkəmizdə yağ istehsal olunmur və təxminən 90 faiz idxaldan asılıyıq. İdxal olunan yağların içinə isə müəyyən qatqılar əlavə olunduqdan sonra qablaşdırılması Abşeron və Sumqayıtda həyata keçirilir. Bəzi hallarda bu qatqıya heyvanların iç yağı da əlavə olunur və kərə yağı altında daha yüksək qiymətə təklif olunur. Halbuki Avropadan birbaşa qablaşdırılmış yağ gətirmək olar. İdxalla məşğul olanlar ciddi kapital qoyuluşu həyata keçirmədən daha çox gəlir əldə etmək istəyirlər. Ona görə də ucuz qiymətə keyfiyyəti aşağı məhsullar idxal edirlər. Bu gün ölkəyə idxal olunan ət və ət məhsullarının, süd və süd məhsullarının keyfiyyəti olduqca aşağıdır".

Ekspert onu da bildirib ki, ölkəyə keyfiyyətsiz məhsulların idxalının başlıca səbəbi nəzarətin olmaması ilə bağlıdır.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 İyun 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see387

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see188

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri