Icma.az
close
up
RU
Kərə yağı niyə qəhətə çəkilib? “6 il öncə saxta variantlar gəlirdi”

Kərə yağı niyə qəhətə çəkilib? “6 il öncə saxta variantlar gəlirdi”

Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bazarda xaotik vəziyyətin yaranması istehsalın yetərincə olmaması ilə bağlıdır. Azərbaycan nəinki özünü təmin edə biləcək, hətta tələbatının 5 faizə qədərini ödəyə biləcək qədər kərə yağı istehsal edə bilmir”.

Tribunainfo.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov deyib.

Onun sözlərinə görə, Azərbaycanda kərə yağının əsas xammalı olan südün məhsuldarlığı xeyli aşağıdır:

“Bazarda xaotik vəziyyətin yaranması istehsalın yetərincə olmaması ilə bağlıdır. Azərbaycan nəinki özünü təmin edə biləcək, hətta tələbatının 5 faizə qədərini ödəyə biləcək qədər kərə yağı istehsal edə bilmir.

Statistik istehsal rəqəmləri digər ölkələrdən gətirilən yağın yenidən qablaşdırılaraq, daxili istehsal kimi təqdim edilməsini göstərir. Çünki 1 kiloqram kərə yağını əldə etmək üçün 24 litr təzə inək südündən istifadə edilməlidir. Azərbaycanda isə südün litrinin qiyməti 1 manatdan yüksəkdir. Bütün xərcləri hesablayanda 30 manatın üzərində olur. Belə bir yağı heç bir vətəndaş almayacaq.

Açıq-aşkar istehsal problemi var. Çox az həcmdə süd istehsal edilir. Tələbatdan 2 dəfə az. Tələbat 4.4 milyon ton olmalıdır. Azərbaycanda adambaşına 405 kiloqram yağ norması düşür. Əgər daxili tələbatın heç olmasa 50-60 faizini istehsal etmək istəyiriksə, hər inəkdən alınan südü 3 dəfə artırlamıyıq.

Hazırda 1 inəkdən illik 1.7 ton litr süd alırıq, bunu 4.4 tona qaldırmalıyıq. Normal ölkələrdə bu göstərici 7-8 tondur. Görün bizdə məhsuldarlıq nə dərəcədə aşağıdır. Bunun səbəbi isə Azərbaycanın yetərində yem və ot istehsal edə bilməməsidir”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə qeyd edib ki, məhəlli marketlərdə müxtəlif adlarla satılan kərə yağlarının tərkibində süd turşuları var:

“Bu məsələni 3 il öncə ilk dəfə mən səsləndirmişəm. Ara marketlərində satılan “nənəmin yağı”, “nənəmin əlləri” kimi adlarda olan yağları ekspertiza aparsaq, laboratoriya tərkibi müəyyən edə bilmir. Çünki tərkibində süd turşuları var. Laboratoriya isə süd turşularını tapır. Bu cür saxta yağların kərə yağı adı altında satılması davam edir. Lakin ciddi marketlərdə, marketlər şəbəkəsində belə yağlar olmur. Ölkəmizdə bir çox ölkələrdən, Almaniyadan, Fransadan, Yeni Zellandiyadan, Belarusdan yağlar idxal olunur.

Normal yağlar AQTA-nın nəzarəti altında olur və ciddi marketlər şəbəkəsində satılır. Məsələn, Yeni Zelandiya yağları ilə bağlı mənə illər boyu çoxsaylı şikayətlər gəlirdi. Əhali inanmırdı ki, Yeni Zelandiya kimi uzaq ölkədən ölkəmizə yağ gəlib çıxar.

6 il öncə bəzi yağların saxta variantları gəlirdi. Əhaliyə müraciət edirəm, “nənəmin yağı”, “kənd yağı” adı altında satılan yağlara aldanmasınlar”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 17 Mart 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri