Kikboksinqçimizə 4 illik cəza
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Azərbaycan kikboksinqçisi Elşad Şahbazov diskvalifikasiya edilib.
Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin rəsmi saytında məlumat verilib. Avropa Oyunlarının iştirakçısından götürülən test nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu aşkarlanıb. Nəticədə Şahbazov 4 illik (48 ay) cəzalandırılıb. Onun diskvalifikasiya müddəti 2023-cü ilin 25 noyabrından hesablanmağa başlayıb.
Qeyd edək ki, Şahbazov Krakovda keçirilən Avropa Oyunlarında mübarizə aparıb.
L.AZAD
XQ

Rıza Kayaalpa 4 illik CƏZA
07 Mart 2025 10:26
Ukraynalı ulduzda dopinq aşkarlandı 4 illik cəza gözləyir
17 Dekabr 2024 10:24
Mourinyoya 4 oyunluq cəza
27 Fevral 2025 23:41
Rusiyalı futbolçu 3 ü şərti olmaqla 4 illik cəza alıb
03 İyul 2025 17:23
Ruslan Qurbanova 4 oyunluq cəza
04 Mart 2025 12:43

