Icma.az
close
up
RU
Kim Çen In Rusiyaya raket hücumlarını Qərbin münaqişəyə müdaxiləsi adlandırıb

Kim Çen In Rusiyaya raket hücumlarını Qərbin münaqişəyə müdaxiləsi adlandırıb

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Rusiyanın müdafiə naziri Andrey Belousovla görüşündə deyib ki, uzaqmənzilli silahlarından Rusiya ərazisinə zərbələr endirilməsi Qərbin Ukraynadakı münaqişəyə birbaşa müdaxilədir.

Bizimyol.info xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.

“Yoldaş Kim Çen In bildirib ki, ABŞ və Qərbin Kiyev hakimiyyətinin əli ilə uzaqmənzilli silahları ilə Rusiya ərazisinə zərbələr endirməsi faktı münaqişəyə birbaşa hərbi müdaxilədir”, - deyə "KCNA" məlumat yayıb.

“Kim Çen In qeyd edib ki, bu yaxınlarda Rusiya hökuməti və ordusu tərəfindən Ukraynaya cavab zərbəsi endirilən ABŞ, Qərb və ağılsız hərbi avantürizmdən yapışan Ukraynanı vəziyyətin ciddiliyi və Rusiyanın sərt cavab verəcəyini göstərmək istədiyi barədə xəbərdar etmək üçün vaxtında və effektiv tədbirdir”, - deyə agetlik qeyd edib.

KXDR-in dövlət işləri üzrə sədrinin sözlərinə görə, “ABŞ-ın rəhbərlik etdiyi təxribatçı qüvvələrə” Rusiyanın xəbərdarlığına məhəl qoymasalar, faydalı heç nə əldə etməyəcəklərini göstərmək lazımdır.

Rusiya prezidenti Vladimir Putinin noyabrın 21-də deyib ki, ABŞ və onun NATO müttəfiqləri daha əvvəl uzunmənzilli dəqiq silahlardan istifadəyə icazə verdiklərini bəyan ediblər, bundan sonra Amerika və Britaniya raketləri Kursk və Bryansk vilayətlərində Rusiya hərbi obyektlərinə hücum edib. Putin qeyd edib ki, Rusiya bu hücumlara cavab olaraq ilk dəfə Rusiyanın ən yeni qeyri-nüvə orta mənzilli ballistik raketləri olan “Oreşnik”dən istifadə edib, onlar Ukraynanın hərbi-sənaye kompleksinin obyektində – Dneprdəki “Yujmaş” zavodunda buraxılıb. Rusiya prezidenti vurğulayıb ki, münaqişənin daha da genişlənəcəyi təqdirdə Qərbin təxribatçı siyasəti onun üçün ağır nəticələrə səbəb ola bilər.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 Noyabr 2024 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri