Icma.az
close
up
RU
Kimi danışar, kimi də iş görər...

Kimi danışar, kimi də iş görər...

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Qarabağ” Budapeştdə elə bir oyun sərgilədi ki, artıq heç bir əlavə sorğu-suala ehtiyac qalmadı.

İlboyu “Qarabağ”ı tənqid etmək üçün fürsət gözləyənlər də indi susub. Danışanlar da “Qarabağ”a, onun rəhbərliyinə və baş məşqçisi Qurban Qurbanova tərif deyir. Əlbəttə, bu adamlar həmin tərifə layiq olduğunu çoxdan sübut edib. “Qarabağ” ölkənin layiqli çempionu kimi üzərinə düşən müqəddəs missiyanı da uğurla davam etdirir. Şübhə etmirəm ki, “Ferentsvaroş”la Bakıdakı oyunda heç bir sürpriz baş verməyəcək, ağdamlılar Çempionlar Liqasının əsas mərhələsində oynamaq haqqı qazanacaq. Avropanın nəhəngləri “Barselona”, “Real”, “Liverpul”, PSJ kimi klublarla eyni sırada Azərbaycan təmsilçisi “Qarabağ”ın da adı çəkiləcək.
Əsas mərhələnin biraddımlığında belə möhtəşəm qələbə qazanmaq heç də təsadüfi deyil. Bu qələbə Qurban Qurbanov adlı memarın aylarla, illərlə çəkdiyi zəhmətin bəhrəsidi. Biranlıq təsəvvür edirəm ki, hər kəs üzərinə düşən işin öhdəsindən Qurban Qurbanov kimi layiqincə gəlsəydi, hamı öz işinə onun kimi məsuliyyətlə yanaşsaydı, ölkəmiz necə güllü-gülüstanlıq olardı. “Qarabağ”ın gördüyü fantastik işlər sayəsində Avropanın nəhəngləri ilə bir sırada dayana biliriksə, digər sahələrdə də eyni hissi yaşayar, indikindən qat-qat xoşbəxt olardıq.
Maraqlısı odu ki, bu qədər uğurun fonunda bəlli bir qrup həmişə pusquda dayanır, “Qarabağ”ı qaralamaq üçün dəridən-qabıqdan çıxır. Son mövsümdə çempionluq təmin olunandan sonra ölkə kubokunun finalında “Qarabağ” “Sabah”a uduzdu. O vaxtdan bəri qaragüruhun tənqidləri dayanmayıb. Deyirdilər ki, “Sabah” “Qarabağ”dan daha yaxşı işlər görür, düzgün transferlər edir, bir sözlə, gündən-günə güclənir. İndi “Sabah” hardadı, “Qarabağ” harda?! Yəni bu boyda fərqi görmək, prosesləri düzgün təhlil edib, ədalətli qiymətləndirmək o qədər çətindi?!
Ölkə çempionatında yeni mövsüm start götürdü. Beş qarşılaşmanın üçündə qalib müəyyənləşmədi. Bir-birindən ehtiyatlanan komandalarımızın əksəri bir qol vurub, qazandığı bir xala şükür etdi. Özü də əksəriyyəti start heyətində iki yerli futbolçuya şans vermişdi. “Qarabağ” isə Çempionlar Liqasının pley-offunda meydana üç yerli futbolçu ilə çıxmışdı. Nəriman Axundzadə çıxdı, yerini Musa Qurbanlıya verdi. O da “Qarabağ”ın şanslarını xeyli artıran, ürəyimizə su səpən qolu vurdu. Özü də qol yetərincə baxımlı alındı. Hiss etmək çətin deyildi ki, karyerası heç də planlaşdırıldığı kimi inkişaf etməyən Musa qol duyumunu itirməyib, “çərçivə”ni görən kimi ora dəqiq və qüvvətli zərbə vurmağı bacarır. Deməli, kimlərsə yerliləri hesabdan silməyə çox tələsir, azərbaycanlı futbolçularla da uğur qazanmağın mümkünlüyünü unudur.
İllərdi belədi. Əcnəbi və “milliləşdirilmiş” futbolçulara qucaq aça-aça, öz futbolçularıma inamı itirdik, müxtəlif əcaib limitlərlə aşağı divizionda belə onların qarşısı kəsildi, gənclər futboldan soyudu. Amma Qurban Qurbanov yerlilərə şans verməkdən çəkinmədi, daim onlara dəstək oldu. Nə var idi, bizim klubların “tapdığı” legioner hücumçulardan birini “Qarabağ”a gətirib, meydana buraxmağa? Belədə Nərimanla Musanın oynamaq şansı daha da azalacaqdı. Bəd ayaqda Qurbanov özünə bəraət qazandıracaqdı ki, əcnəbi hücumçu istəmişdiz, biz də gətirmişik.
Yaxşı ki, Qurban Qurbanov kənarda danışılanlara fikir vermir, öz yolu ilə gedir. Danışanlar həmişə danışacaq, Qurban Qurbanovsa öz işini görəcək. Yorulmasın!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 Avqust 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1220

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see495

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see389

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see387

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see378

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see337

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see320

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see282

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see217

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see208

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see202

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see198

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see193

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see188

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see184

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see183

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see171

“Bu, ciddi bir xəstəlikdir...”

05 Oktyabr 2026 18:07see167

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see166

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri