Kimlərin əfv ediləcəyini əvvəlcədən demək mümkün deyil Əliməmməd Nuriyev
Aznews.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün Əfv Komissiyasının ilk iclası keçirilib və iclasda 100-dən artıq müraciətə baxılıb.
"Konstitusiya" Araşdırmaları Fondunun prezidenti, Komissiyanın üzvü Əliməmməd Nuriyev bildirib ki, iclaslarda yalnız məhkumların və onların nümayəndələrinin müraciətləri araşdırılır.
O qeyd edib ki, 1995-ci ildən indiyə qədər 70 əfv sərəncamı imzalanıb, nəticədə 10 mindən çox məhkumun cəzası yüngülləşdirilib və ya tamamilə bağışlanıb.
Ə.Nuriyevin sözlərinə görə, kimlərin əfv ediləcəyini əvvəlcədən demək mümkün deyil, çünki bu, Prezidentin müstəsna səlahiyyətidir:
"Əfv Komissiyası müraciətləri vahid yanaşma və xüsusi meyarlar əsasında dəyərləndirir. Əsas amil isə məhkumun islah olub-olmaması və cəmiyyət üçün təhlükə yaratmamasıdır".
"İmzalanan hər bir əfv sərəncamı cəmiyyətə müəyyən bir mesajdır", – deyə Əliməmməd Nuriyev vurğulayıb.
AzNews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 12 Fevral 2025 20:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















