Kimsə izah edə bilərmi ki, Putinin iqamətgahına niyə hücum olmaz?
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bir məntiqi başa düşə bilmirəm: deməli, belə çıxır ki, Rusiya ilə Ukrayna müharibəsində hər iki ordunun hərbi qulluqçuları, mülki şəxslər, hətta uşaqlar da müharibə qurbanı ola bilər, amma dövlət başçıları, o cümlədən hər iki ordunun baş komandanları ola bilməz?
Axar.az xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Rusiya lideri Vladimir Putinin Novqoroddakı iqamətgahına iddia edilən PUA hücumu haqda qeyd edib.
“Onlar niyə belə imtiyazlara malikdirlər? Məgər onlar “Allahın məsh etdiyidir” və prezident seçkilərində qələbə ilə Uca Yaradandan “müqəddəslik və toxunulmazlıq” alırlar?
Bütün müharibələrdə düşmən ordusunun baş komandanı ona qarşı müharibə aparanların qanuni hədəfi olub!” - o bildirib.
“Nə qəribə müharibədir! Əvvəlcə boru kəmərləri işləməyə davam etdi, sonra düşmən ərazisində konfet istehsalı davam etdi və indi dövlət başçılarının iqamətgahlarının toxunulmazlığını elan etdilər”, - politoloq əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 03 Yanvar 2026 22:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















