Icma.az
close
up
RU
Kimsəsiz şəxsin malımülkü kimə qalır? KONKRET

Kimsəsiz şəxsin malımülkü kimə qalır? KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

2024-cü il ərzində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 2-si Bakıda, 1-i Sumqayıtda, 1-i isə Oğuz rayonunda olmaqla, fərdi yaşayış evində 4 nəfər meyit tapıblar. Sonradan aidiyyəti üzrə təhvil verilən meyitləri qonşuların aşkarlaması faktları da mövcuddur. Yəni statistika natamamdır.

KONKRET.az xəbər verir ki, ümumiyyətlə, bu tip hadisələr il boyu baş verir və əksər hallarda ölən şəxslər yalqız yaşayan və heç bir yaxını olmayanlardır.

Adətən, vəfat edən şəxsin əmlakı vərəsəlik yolu ilə birinci dərəcəli qohumlarına (əri, ya arvadı, övladı və valideynləri) miras qalır.

Bəs mərhumun vərəsəsi olmadığı halda mülkiyyət kimin sərəncamına keçir?

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan vəkil Turan Abdullazadə bildirib ki, sözügedən hal Mülki Məcəllə ilə tənzimlənir:

“Məcəllənin 1165-ci maddəsi vərəsələri olmayan əmlakın xəzinəyə keçməsi ilə bağlıdır. Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməyibsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum olunubsa, vərəsələri olmayan əmlak dövlətin nəfinə keçir.

Başqa hallar da nəzərə alınıb. Məsələn, əgər miras qoyan şəxs ahıllar, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrinin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin təminatında olubsa, əmlak onların mülkiyyətinə keçir”.

T. Abdullazadə qeyd edib ki, ölən şəxsi vərəsəsi mövcud deyilsə və vəsiyyət yoxdursa, əmlak dövlət mülkiyyətinə keçir:

“Qanunvericiliyə əsasən miras, ilk növbədə, ölən şəxsin övladı, əri, arvadı, valideynlərinə keçir. İkinci növbəli vərəsələr ölənin bacı-qardaşı, üçüncü növbədə həm ana, həm də ata tərəfdən nənə və baba hesab olunur.

Daha sonrakı növbə isə xala, dayı, bibi, əmidir. Yəni, hər hansı növbəli vərəsələr mövcud deyilsə, eyni zamanda da vəsiyyatnamə yoxdursa vəfat edənin əmlakı dövlət mülkiyyətinə keçir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 Dekabr 2024 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri