Icma.az
close
up
RU
kişilər ailədə zorakılıq gördüyünü etiraf etmirlər, çünki bu, ətrafın stiqmasına səbəb olur Sosioloq

kişilər ailədə zorakılıq gördüyünü etiraf etmirlər, çünki bu, ətrafın stiqmasına səbəb olur Sosioloq

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Bəzən də olur ki, bəzi kişilər ətrafda hər kəs bildiyi üçün həyat yoldaşı tərəfindən döyüldüyünü etiraf edir


Ötən il Azərbaycanda 58 kişi gender əsaslı zorakılığa məruz qalıb.

Bununla bağlı məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında öz əksini tapıb.

Bildirilib ki, 2024-cü ilin yanvar-dekabr aylarında 860 Gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə 330 müraciət daxil olub. Onlardan 58-i kişi, 272-si isə qadınlar tərəfindən edilib.



Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı söyləyib ki, ailədə zorakılıq hallarından danışanda zorakılığı birmənalı olaraq kişilərin tətbiq etdiyini düşnürük:


 “Amma bəzən əksi də olur. Kişilik artıq uzun illərdir ki, sosial tədqiqatlarda araşdırılmayan, ictimai mövzularda toxunulmayan, müzakirə edilməyən qavram olub. Hətta gender tədqiqatları qadınlar üzərində cəmlənir, daha çox qadın hüquqları müdafiə edilir. Halbuki gender bərabərliyi və haqları hər iki cinsin üzərində eyni dərəcədə təmin edilməlidir.  Qadınların  zorakılıq görmədiyi hallarda belə cəmiyyətdə “qurban” mövqeyində olması, kişilərin güclü təqdimatı səbəbi ilə istər-istəməz zorakılıq göstərən tərəf kimi qələmə verilməsini normallaşdırılıb. Cəmiyyət unudur ki, gender anlayışı təkcə qadınların yox, həm də kişilərin haqlarının müdafiəsi, bərəbərliyinin təminatı deməkdir. Etiraf etməsələr də bəzən onlar da döyülür, söyülür, təhqir edilir. Bir neçə ildir ki, statistik məlumatlarda kişilərin zorakılıq qurbanları olması ilə bağlı rəqəmlər də əks olunur. Adətən kişilər ailədə zorakılıq gördüyünü etiraf etmirlər, çünki bu, ətrafın stiqmasına səbəb olur. Amma bəzən də olur ki, bəzi kişilər ətrafda hər kəs bildiyi üçün həyat yoldaşı tərəfindən döyüldüyünü etiraf edir.  Kişilərin zorakılıq görməsinin başqa səbəblər də var. Bunlar maddi vəziyyətin zəifyiyi, psixoloji durum, həyatından narazı olması və.s dir. Bizim cəmiyyətdə əvvəllər kişinin zorakılığa məruz qalması nadir müşahidə edilsə də, artıq sıradan, adi bir hala çevrilib. Düzdür, onlar qadınlar kimi döyülmür, işgəncəyə məruz qalmır, daha çox mənəvi zorakılığa məruz qalırlar. Amma zorakılıq elə zorakılıqdır, fiziki, mənəvi, psixoloji, iqtisadi – hansı cür olursa olsun. Zorakılığa məruz qalan da, zorakılığı tətbiq edən də kim olursa-olsun, hansı cinsdən olursa olsun, qınanılmalı, stiqmaya məruz qoyulmalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Fevral 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri