Icma.az
close
up
RU
Kişilərin yad qadınların şəklini bəyənməsi boşanma üçün ƏSAS SAYILACAQ?

Kişilərin yad qadınların şəklini bəyənməsi boşanma üçün ƏSAS SAYILACAQ?

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyədə kişinin sosial şəbəkədə yad qadınların şəklini bəyənməsi məhkəmə tərəfindən  boşanmaya əsas kimi sayılıb. Belə ki, məhkəmə bunu ailə etimadını, güvənini sarsan hal kimi qəbul edib. Nəticədə kişi evlilik birliyinin əsaslı şəkildə sarsılmasında ağır günahkar kimi elan olunub.
 

MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda hər saata 3 nəfər BOŞANIR


Bu qərar həm Türkiyədə, həm də Azərbaycanda müzakirəyə səbəb olub. Bəziləri məhkəmənin qərarını doğru, bəziləri isə yanlış hesab edib.
Maraqlıdır ki, bu hal Azərbaycanda yaşansaydı, məhkəmənin qərarı hansı yöndə olardı?
Ümumiyyətlə, hansı hallar boşanmaq üçün əsas kimi qəbul edilir?
Bizim.Media mövzuyla bağlı vəkil Babək Həmidovun fikirlərini öyrənib.
Vəkil bildirib ki, Azərbaycanda boşanma prosesi Türkiyədəkindən fərqlənir.
“Türkiyə Qanunvericiliyinə görə, boşanmaq üçün məhkəməyə müraciət edən ər və ya arvad evliliklərinin davam edə bilməyəcəyini məhkəməyə sübut etməlidirlər. Buna görə səbəblər deməlidirlər, boşanmanın tutarlı əsası olmalıdır. Bu, bizim cəmiyyətimiz, qanunvericiliyimiz üçün maraqlı səbəblər ortaya çıxarır”.
Babək Həmidov vurğulayıb ki, Azərbaycanda isə boşanma üçün xüsusi bir səbəb göstərmək kimi məcburiyyət yoxdur.
“Azərbaycan Respublikasının Qanunvericiliyi bu məsələyə daha müasir yanaşır. Qanunvericiliyə görə, nikahın pozulması üçün tərəflərin məhkəməyə səbəb bildirməsi kimi zərurət yoxdur. Çünki nikah tərəflərin könüllü ittifaqıdır.  Tərəflər rəsmi nikaha girəndə dövlət onlardan niyə evləndiklərini soruşmur, onların istəklərini nəzərə alaraq nikahlarını qeydə alır. Belə olduqda məhkəmələr nikah pozulanda da sadəcə tərəflərin istəyini əsas götürürlər. Burada əsas prinsip könüllülükdür”.
“Bizdə səbəb nikahı pozmaq üçün yox, tərəfləri barışdırmaq üçün soruşulur”.

“Azərbaycan Respublikasının Konstitusiyasına görə, ailə dövlətin himayəsindədir. Buna görə ailə mübahisələriylə bağlı işlərə baxan mediasiya təşkilatları, məhkəmələr üçün əsas prioritet həmin ailənin birgə yaşayını davam etdirməkdir.


Həm mediasiya təşkilatları bunun üçün səy göstərməlidir, həm də məhkəmə tərəfləri barışdırmağa cəhd göstərməlidir. Belə olduqda tərəflərin niyə ailə münasibətlərini davam etdirmək istəmədikləri, səbəbləri soruşulur. Yəni Türkiyədə o səbəbi boşanmaya əsas kimi götürmək üçün, Azərbaycanda isə barışdırmaq üçün soruşurlar”, - deyə Babək Həmidov məsələni aydınlaşdırıb.
Nəzrin Mirzəyeva, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://bizim.media
archiveBu xəbər 30 Noyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri