Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Kitab bazarında nə var, nə yox... Rəvan Cavid yazır

Kitab bazarında nə var, nə yox... Rəvan Cavid yazır

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rəvan CAVİD

Kapitalizm kitabı əmtəəyə, sənaye məhsuluna çevirdi. Bu, əvvəlcə, poeziyanın tənəzzülünə, sonra isə romanların keyfiyyətinin və konturlarının dəyişməsinə səbəb oldu. "Kitab bazarı" anlayışı öz içində dəyişdi. Və oxucuların zövqü bu bazarın meyarlarını təyin etməyə başladı. Oxucuların zövqü, sosial media, dəyişən dünya, yeni ideologiyalar, geopolitik silkələnmələr və sair. Hamısı sənəti, ədəbiyyatı, kitabı və ən əsası düşüncə sistemini tamamilə yenidən şəkilləndirdi. Bəs indi daha çox hansı kitablar oxunur? Hansı mövzuda, hansı üslubda romanlar çox satılır?

Günümüzün ən çox eşidilən suallarıdır bunlar. Müasir ədəbiyyatın kütləyə hesablanmış roman nümunələri uğurlu satışı ilə kitab mağazalarına olan marağa, bu sahibkarlığın inkişafına yüksələn xətlə təsir edir.

"Kitab rəflərində adları çəkici gələn romanlar nə qədər özünü doğruldur" sualı bir az mübahisəlidir. Arxa qapaqdan annotasiyanı, ya da rəyləri oxuyub seçmisinizsə, bu da bir o qədər doğru seçim olmaya bilər. Kiminsə ilk yüzlüyündən, onluğundan, "ölmədən əvvəl mütləq oxunmalıdır"larının içərisindən də bir kitab seçib oxumaq olar.

İstənilən halda, yeni bir müəllif, yeni bir ədəbiyyat nümunəsi və yeni bir təxəyyül hadisəsi ilə tanış olmuş olursunuz. Ədəbiyyat sevdalısı olmasanız belə, zamanınızı dünyanın ən gözəl işi ilə dəyərləndirirsiniz - oxumaqla, mütaliə etməklə. Lakin bütün oxucular bir-birinə bənzəməz və bütün kitablar sonadək oxunmaz. Yazıçı və oxucu arasında bəlli bir əlaqənin yaranması belə halda şərtdir. İlk cümləsindən sevdiyimiz, marağımızı, diqqətimizi çəkən romanları yazan yazıçı, görəsən, bunu şüurlu şəkildə edir? Məsələn, bir mətnə başlayanda ilk cümləni neçə dəfə pozur, bilmirik. Mövzu kütləyə hesablanmış romanlar deyil, xeyr. Ciddi ədəbiyyatın nə qədər kütləviləşməsidir. Bir cəmiyyətin azı on fərdi (statistik deyil) özünü bir mətnin içərisində tapa bilirsə, onu uğurlu saymaq olar, məncə.

İnsanı güzgü kimi özünə göstərən romanlar daha çox sevilir. Daha çox oxunur. Çünki adamlar onlar haqqında danışılan hər şeyi dinləməyə hazırdırlar. Bir gəncin nə hiss etdiyini anlayan və anlamaqla qalmayıb onu bir hekayəyə çevirən naməlum bir yazıçı o gənc üçün maraqlıdır.

Oxucunun yazıçını anlamasını gözləmək çətindir. Coysun əsərləri niyə kütləvi deyil? Ona görə kütləvi deyil ki, onları oxumaq üçün ingilis dilini yüksək səviyyədə bilmək belə köməyimizə gəlmir. Bütün mifologiyanı, tarixi, coğrafiyanı, fəlsəfəni bilsək, bəlkə, nəsə alınar. Bu da mütaliə üçün illər tələb edir. Adama elə gəlir ki, qırx yaşına qədər oxuduğu bütün kitabları Coysu, Ekonu anlamaq üçün oxuyub.

Yazıçı ayrılıqda fərddir və onun yazı yazarkən içərisində sadəcə özünün düşündüyü obrazlar olan dünyası vardır. O, bu obrazlar üçün istənilən taleyi qələmlə bir anda poza, yenidən çizə bilər. Yazarın masasındakı obrazların həyatı bizim taleyimizlə bərabər ola bilir, hətta bərabərdir. Biz eyni şeyləri yaşayırıq. Bunu necə təqdim etməkdən asılı olaraq romanlar insanlar üçün fərqli zövq hadisəsinə çevrilir.

Yazıçı özündən çox oxucunun nə düşündüyünü anlamaq məcburiyyətində deyil, həm də oxucunu razı salacaq romanlar yazmağı da şərtdir. Bütün illərini öyrənməyə həsr edib, sonra intellektual bir mətn yazıb, onu simvollarla şifrələmək nəyə lazım?!

Son dövrlər mükafatlar almış bir neçə romanın mövzusuna və populyarlığına baxıb anlamaq olur ki, kifayət qədər ciddi, eyni zamanda, hər kəsin də sevəcəyi əsərlər yazıla bilər. Müəllifin hər kəsi maraqlandıran və ya hər kəsin yaşaya biləcəyi hadisələri yazması, onun fərdi üslubunu da buraya əlavə etməsi romanın uğur formulu ola bilir. "Sarı ədəbiyyat" nümunələri dünyanın hər yerində ən çox satılanlar sırasında birinci olur. Dedektiv əsərlər bunlara misaldır. İstisna müəlliflər və yazılar da var təbii. Bu romanların çox oxunmasının səbəbi axıcılığı və hadisələrin lego oyuncaqları kimi yığılmasıdır. Oxucu həyəcanla növbəti səhifədə nələrin olacağını gözləyir. Ya da bu gün sosial şəbəkə platformaları üzərindən reklam olunan, statuslar şəklində qısa yazılan romantik kitablar dedektivləri üstələyir.

Ancaq bir məsələ var ki, yazıçı qarşısında dayanan ucsuz-bucaqsız kütlə üçün kitab yazarkən özünün deyil, onların düşündüklərini daha vacib sayır və beləcə bir-birinə bənzəyən yüzlərlə roman yazılır. Fikir orijinal olmur, yazıçı öz təhkiyə üslubunu kəşf edə bilmir və ya buna çətinlik çəkir. Ədəbiyyat tarixinə düşə bilməyən, axara təsir edə bilməyən bu cür kitabların olması mütaliə alqoritminin qurulması üçün vacibdir. Ciddi ədəbiyyatın ilk nümunələri ilə tanış olan zaman detektivlərin sadə quruluşlu cümlələri ilə tanışlığımız bizə əlimizdə tutduğumuz əsərin fərqini hiss etdirir. Və bu daha çox zövq verir.

Nobel mükafatına layiq görülən, ədəbiyyat tarixində yer alan, ciddi şəkildə roman sənətinə təsir edən, eyni zamanda da oxucuların sevgisini qazanan yazıçıların yazmaq prosesinə, yazı hazırlığına diqqət edəndə görünür ki, onlar özləri də sadə, kütləyə hesablanmış romanları oxuyaraq ümumi məğzi və ən əsası, kütlənin psixologiyasına necə əsərlərin işlədiyini öyrənirlər. Orhan Pamuk, Kazuo İşıquro, Elis Munro, Patrik Madiono və başqaları bu siyahıda ola bilər.

Yazıçının "saf və düşüncəli" tərəfi burada aydın olur. O, həm özündən, həm də oxucudan nələrsə əlavə edə bilirsə mətnə, o mətn uğurlu alınacaq. Oxucunu özünə güzgü kimi göstərmək klassiklərdən qalan adət olsa da, müasir dünyada bu güzgü də bir az dəyişməli və yeni erayla ayaqlaşmalıdır. 21-ci əsrin gəncinə içərisində Şopenin adı çəkilən roman maraqlı ola bilər, amma metal-rok qruplarından birinin adı çəkilsə, o kitaba daha çox bağlanacaq və özünü ən azı o qrupun dinləyicisi kimi kitabda hiss edəcək. Bu mənada mütaliə zövqü cəmiyyətin inkişafı ilə, ədəbiyyat isə mütaliə zövqü ilə düz mütənasib yola getməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:276
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Mart 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see505

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see477

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see286

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see267

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see260

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see259

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see250

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see248

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see247

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see243

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see238

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see226

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see225

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see216

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see214

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see203

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see200

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see197

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri