Kitabxana və muzeylərlə bağlı YENİLİK
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Kitabxana və muzeylərin maliyyə vəsaitlərinin istifadə qaydası dəyişir.
Bakıvaxtı.az xəbər verir ki, bu, “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.
“Kitabxana işi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, 31-ci maddənin üçüncü hissəsinin ikinci cümləsində “vəsait kitabxananın sərəncamında qalır” sözləri “vəsaitdən (qeyri-dövlət kitabxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq istifadə edilir” sözləri ilə əvəz edilir.
“Muzeylər haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə, 25-ci maddənin ikinci cümləsində “gəlir bütövlükdə muzeylərin sərəncamında qalır” sözləri “gəlirdən (bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan muzeylər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq istifadə edilir” sözləri ilə əvəz edilir.
Qanun layihəsi III oxunuşda qəbul edilib.
Mina Mikayılova
Baxış sayı:104
Bu xəbər 03 Fevral 2025 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















