KİV: AK rəhbəri Modidən Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini istəyəcək
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bu həftə Nyu Dehliyə səfəri zamanı baş nazir Narendra Modidən Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə kömək etməsini xahiş edəcək.
APA xəbər verir ki, bu barədə “Bloomberg” Avropadakı mənbəsinə istinadən məlumat yayıb.
Məlumata görə, Aİ Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsində maraqlıdır və Hindistana səfəri zamanı Von der Leyen Modidən bu məhdudiyyətlərin gücləndirilməsi üçün kömək istəyəcək.
Qeyd edək ki, Hindistan Xarici İşlər Nazirliyi AK rəhbərinin fevralın 27-28-də Hindistana rəsmi səfər edəcəyini açıqlamışdı.
Hindistan Qərbin Rusiyaya qarşı sanksiyalarını rəsmi olaraq dəstəkləmir. Ölkənin XİN rəhbəri Subrahmanyam Jaişankar bildirib ki, BMT-nin təşəbbüsü olmadan hər hansı ölkəyə qarşı sanksiyaların tətbiqi Hindistan diplomatiyasının bir hissəsi deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 26 Fevral 2025 07:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















